Bakı,
Azərbaycan
02/02/2026
-
16/02/2026
İş haqqında məlumat
- Gələn qaimə və e-qaimələrin uçota alınması, yoxlanılması və ilkin sənədlərin hazırlanması
- Aylıq və rüblük vergi hesabatları üçün məlumatların düzgün hazırlanmasına nəzarət (ƏDV, HŞƏV, ÖMV və s.)
- Debitor borcların izlənməsi və müqavilə şərtlərinə uyğun vaxtında yığılmasına nəzarət
- Ödənişlərin icra edilməsi və köçürmələrin internet bankingdə düzgün aparılmasına nəzarət
- Müştəri ilə təşkilat arasındakı sənədlərin yoxlanması və ödənişlərlə bağlı vaxtında məlumat verilməsi
- Satış əməliyyatlarının icrası və uçotda düzgün əks etdirilməsinə nəzarət
- Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotda düzgün aparılmasına nəzarət
- Əsas vəsaitlər üzrə əməliyyatların aparılması
- Pul vəsaitlərinin hərəkətinin uçotda düzgün əks etdirilməsi
- Ayın bağlanması və aylıq maliyyə hesabatlarının hazırlanması
- İllik büdcənin hazırlanmasında iştirak
- İlkin sənədlərin qəbulunu və uçota hazırlanmasını təmin etmək
- Mühasibatlıq üzrə tender sənədlərinin hazırlanmasında iştirak
İş şəraiti
- İş yeri: Şirkətin ofisi;
- İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
- Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
- Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
- Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
- Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Tələblər
- Ali təhsil dərəcəsi (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya vergi sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycanın vergi və mühasibat uçotu qanunvericiliyinə dair bilikləri praktiki səviyyədə bilməsi;
- PMS sertifikatınin olması;
- E-taxes,E-banking portalları ilə işləmək bacarığı
- 1C proqramı ilə işləmə bacarığı;
- MS Excel ilə işləmə bacarığı;
- Komanda və şöbə ilə koordinasiya şəkilində işləmə bacarığı;
- İşgüzar yazışma bacarığı;
- Azərbaycan dili — C2, Rus dili — B1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.