Alfa Audit LLC

Aparıcı Mühasib

Alfa Audit LLC
Ə/h razılaşma ilə
470
Tam iş günü
Bakı, Azərbaycan
18/03/2026 - 01/04/2026

İş haqqında məlumat

  • Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur;
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təminedir;
  • Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparır;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq- hesabların, xəstəlik vərəqələrinin
  • hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir;(ölkədaxili və ölkəxarici)
  • Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır;
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;

Tələblər

  • Azı 5 il özəl sahənin təcrübəsi olmalıdır;
  • Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
  • Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır;
  • 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.);
  • Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
  • Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşüncə proqnoz etmə bacarıqları,
  • Problemləri təhlil və həll etmə bacarığı
  • katı (KOS və ya MHBS)

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar