Bakı,
Azərbaycan
21/04/2026
-
05/05/2026
İş haqqında məlumat
- Gündəlik maliyyə əməliyyatlarının 1C və ya Excel proqramında işlənməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və yoxlanması;
- Bank və kassa əməliyyatlarının aparılması;
- Mühasibat uçotunun aparılmasında baş mühasibə dəstək göstərilməsi;
- Baş mühasibə hesabatların hazırlanmasında yardım;
- Debitor və kreditorlarla qarşılaşdırmaların aparılması;
- Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi və s.)
- Dövlət Vergi Xidməti portalı (e-taxes) üzərindən əməliyyatların aparılması;
- Vergi ödənişlərinin hesablanması və vaxtında icrasına nəzarət;
- Vergi orqanlarından daxil olan sorğuların cavablandırılması;
- Vergi yoxlamaları zamanı sənədlərin hazırlanması və təqdim edilməsi;
- Sənədlərin arxivləşdirilməsi və qaydalara uyğun saxlanması.
İş qrafiki:
- İş yeri: Bakı şəhəri
- İş günü: həftədə 5 gün
- İş saatları: 09:00-18:00
- Əmək haqqı: 1200 AZN
- Peşəkar inkişaf, karyera yüksəlişi imkanı
- Dinamik və dəstəkçi iş mühiti
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dili və ingilis dili - əla, rus dili – üstünlükdür;
- PMS-nin olması (üstünlükdür);
- 1C və MS Excel bilikləri;
- Riyazi və texniki biliklər;
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;
- Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
- Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.