Bakı,
Azərbaycan
18/05/2026
-
01/06/2026
İş haqqında məlumat
- Aparıcı mühasib şirkətin maliyyə əməliyyatlarının düzgün, vaxtında və qanunvericiliyə uyğun şəkildə idarə olunmasını təmin edir. Bu rol gündəlik mühasibat proseslərinin koordinasiyası, hesabatlılığın təmin edilməsi və maliyyə intizamının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Namizəd müxtəlif şöbələrlə əməkdaşlıq edərək maliyyə proseslərinin effektiv icrasını dəstəkləyir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması
- Gündəlik mühasibat əməliyyatlarının işlənməsi və nəzarəti
- Bank əməliyyatlarının aparılması
- Debitor və kreditor borclarının izlənilməsi
- DSMF, statistika və vergi hesablamalarının aparılması
- E-qaimə, hesab-faktura və avans qaimələrinin hazırlanması
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi
Ünvan: Bakı şəhəri, Qurban Abbasov 5, Bayıl Bay Kempinski
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Vergi və əmək qanunvericiliyini yaxşı bilmək
- 1C və mühasibatlıq üçün tələb olunan dövlət portallarında sərbəst işləmək bacarığı
- Ofis proqramları üzrə bilik (Excel, Word)
- Analitik düşüncə və yüksək hesablama qabiliyyəti
- Məsuliyyətli, dəqiq və operativ olmaq
- Komandada işləmə bacarığı
- PMS sertifikatı olan namizədlərə üstünlük verilir
- ACCA (F3 və/və ya F7) və ya DipIFR sertifikatı olan namizədlərə üstünlük verilir
- İngilis və ya rus dili bilikləri olan namizədlərə üstünlük verilir
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.