Universal Group of Companies

Aparıcı mühasib

Universal Group of Companies
Ə/h razılaşma ilə
586
Tam iş günü
Bakı, Azərbaycan
08/07/2026 - 22/07/2026

İş haqqında məlumat

  • IFRS standartlarına uyğun qrup üzrə maliyyə hesabatlarının və fərdi maliyyə hesabatlarının, eləcə də onlara aid izahlı qeydlərin və açıqlamaların vaxtında və dəqiq hazırlanması.;
  • Debitor və kreditor borclarının, avans hesabatlarının idarə edilməsi və üzləşdirmə (reconciliation) aktlarının hazırlanması;
  • Maliyyə hesabatlılığı prosesinin təkmilləşdirilməsi, proseslərin avtomatlaşdırılması, sadələşdirilməsi və standartlaşdırılması, həmçinin maliyyə təhlillərinin keyfiyyətinin artırılması istiqamətində dəstək göstərilməsi;
  • IFRS tələblərinin ERP sisteminə inteqrasiyası və avtomatlaşdırılması prosesində iştirak;
  • Ödəniş tapşırıqlarının və bank sənədlərinin hazırlanması;
  • Maliyyə məlumatlarının ERP sisteminə daxil edilməsi və mütəmadi yenilənməsi.

İş şərtləri:

  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir;
  • Korporativ nömrə və mobil telefon təmin olunur;
  • Əmək haqqı razılaşma əsasında

Tələblər

  • Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
  • Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya oxşar sahədə 1–3 il iş təcrübəsi;  
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarını, xüsusilə MS Excel və 1C ERP proqramını yaxşı səviyyədə bilmək;
  •  ACCA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlük hesab olunur;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun