AzTrade

Aparıcı mühasib

AzTrade
1200 - 1500 ₼
180
Tam iş günü
Bakı, Azərbaycan
05/08/2026 - 19/08/2026

İş haqqında məlumat

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq mühasibat standartlarına uyğun aparılmasını təmin etmək.
  • Gündəlik maliyyə əməliyyatlarının uçotunu aparmaq və düzgün sənədləşdirilməsinə nəzarət etmək.
  • Bank, kassa, debitor və kreditor borclarının uçotunu aparmaq və mütəmadi uzlaşdırmalar həyata keçirmək.
  • Vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi və s.) hazırlanması və vaxtında təqdim edilməsini təmin etmək.
  • DSMF, işsizlik sığortası, icbari tibbi sığorta və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi.
  • Maliyyə hesabatlarının (Balance Sheet, Statement of Profit or Loss, Cash Flow və s.) hazırlanmasında iştirak etmək.
  • Ay sonu və il sonu bağlanış əməliyyatlarını həyata keçirmək.
  • Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotuna nəzarət etmək.
  • Əməkhaqqının hesablanması və əməkhaqqı üzrə mühasibat uçotunun düzgün aparılmasını təmin etmək.
  • Elektron qaimə-fakturaların, e-qaimələrin, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin işlənməsini həyata keçirmək.
  • Mühasibat sənədlərinin arxivləşdirilməsini və saxlanmasını təmin etmək.
  • Logo proqram təminatında əməliyyatların düzgün aparılmasını təmin etmək.
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqini təmin etmək.
  • Rəhbərlik tərəfindən verilən və vəzifəsinə aid digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş şəraiti

  • İş saatı həftənin 5 günü 09:00 – 18:00
  • İş yeri Babək prospekti tərəfində yerləşir
  • Əmək haqqı - 1200 - 1500 Azn

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Maliyyə və Mühasibatlıq sahəsində  iş təcrübəsi;
  • Mükəmməl səviyyədə Microsoft Office proqramlarını bilməli;
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;
  • AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır
  • Yaş həddi – 27 - 40

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun