Kəhriz su

Aparıcı Mühasib

Kəhriz su
1000 - 1200 ₼
362
Tam iş günü
Bakı, Azərbaycan
25/09/2026 - 25/10/2026

İş haqqında məlumat

     İş şəraiti

  • İş yeri: Baki seheri, AZ 1029, Nizami rayonu, Heydər Əliyev prospekti, 5 sayli ASAN Xidmetin arxasi, Baku City Residence, 189A, 3-cü mərtəbə
  • Əmək haqqı: 1000-1200 AZN 
  • İş qrafiki: 6 günlük iş həftəsi 6-cı gün qısa iş günü

    Vəzifə öhdəlikləri
  • Mühasibat uçotu üzrə iş planının və ilkin uçot sənədlərinin formalarının hazırlanmasında və tətbiqində iştirak etmək; 
  • Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək; 
  • Mühasibat və maliyyə hesabatlarını müəyyən edilmiş müddətlərdə hazırlamaq və təqdim etmək; 
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək; 
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək; 
  • Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, məhsul satışının, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq; 
  • Məhsul, iş və xidmətlərin maya dəyərinin və hesabat kalkulyasiyalarının hazırlanmasında iştirak etmək; 
  • Əmək haqqı fondunun istifadəsi, vəzifə maaşlarının müəyyən edilməsi və əmək haqqı ödənişləri üzrə hesablamaları aparmaq; 
  • Tabel əsasında işçilərin əmək haqqısını vaxtında hesablamaq və ödənilməsini icra etmək; 
  • Dövlət büdcəsinə ödənişlərin, vergilərin, sosial sığorta ayırmalarının və digər ödənişlərin vaxtında köçürülməsini həyata keçirmək; 
  • Bank kreditləri, ssudalar, kapital qoyuluşları və digər maliyyə öhdəlikləri üzrə sənədləri hazırlamaq və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək; 
  • Xərclər smetasının hazırlanmasında, maliyyə və təsərrüfat fəaliyyətinin nəticələrinin uçotunun aparılmasında iştirak etmək; 
  • Maliyyə intizamının qorunması və mövcud resurslardan səmərəli istifadə ilə bağlı tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 
  • Pul vəsaitlərinin və mal-material qiymətlilərinin çatışmazlığı və mənimsənilməsi halları ilə bağlı müvafiq sənədləri hazırlamaq; 
  • Qanunsuz istifadə, çatışmazlıq və maliyyə-təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək; 
  • Pul vəsaitləri, mal-material qiymətliləri və ödənilməli öhdəliklər üzrə inventarizasiyanın aparılmasında iştirak etmək; 
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində və sənəd dövriyyəsinin təkmilləşdirilməsi üzrə tədbirlərdə iştirak etmək; 
  • Mühasibat sənədlərinin düzgün hazırlanmasını, rəsmiləşdirilməsini, saxlanılmasını və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək; 
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
     

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • Mühasib üzrə minimum 3 il iş təcrübəsi; 
  • Logo üzrə praktiki biliklər üstünlükdür; 
  • MS Excel üzrə yaxşı səviyyədə bilik; 
  • Elektron portallarla işləmə bacarığı; 
  • Vergi və Əmək Məcəllələri üzrə əsas biliklər; 
  • Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması üzrə təcrübə; 
  • İstehsalat, anbar və əməkhaqqı uçotu üzrə təcrübə; 
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür).

    Müraciət
    Maraqlanan namizədlər öz CV-lərini və ya özləri haqqında qısa məlumatı göstərilən əlaqə vasitəsinə göndərə bilərlər.
  • 📧 [email protected]
  • 📞 0772330482

Oxşar vakansiyalar