Bakı,
Azərbaycan
01/10/2026
-
15/10/2026
İş haqqında məlumat
Əsas öhdəliklər:
- Müəssisənin mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
- İlkin mühasibat sənədlərinin yoxlanılması və müvafiq sistemə işlənilməsi;
- Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
- Vergi və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
- Vergi bəyannamələrinin və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
Kvalifikasiya tələbləri:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya müvafiq ixtisas üzrə olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
- Aparıcı mühasib və ya uyğun vəzifə üzrə minimum 3 il iş təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
- Excel proqramında işləmək bacarığı;
- Elektron vergi və mühasibat sistemləri üzrə biliklər;
- Mühasibat və maliyyə məlumatlarını təhlil etmək bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və dürüstlük;
- Etik davranış prinsiplərinə riayət etmək;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarığı.
Təklif edirik:
- Əmək haqqı: 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən);
- 5 günlük iş qrafiki;
- Şirkət tərəfindən nahar təminatı;
- Peşəkar və dinamik iş mühiti.