CAN-PA MMC

Aparıcı mühasib

CAN-PA MMC
1300 - 1500 ₼
528
Tam iş günü
Bakı, Azərbaycan
06/10/2026 - 20/10/2026

İş haqqında məlumat

 “CAN-PA” MMC-yə “Aparıcı mühasib” vakansiyasına işçi tələb olunur.

İş haqqında məlumat:

  • Müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun və düzgün aparılmasını təmin etmək;
  • İlkin mühasibat sənədlərinin yoxlanılması, sistemə işlənilməsi və uçotunun aparılması;
  • Bank hesabları üzrə əməliyyatların, ödənişlərin və bank çıxarışlarının uçotunu aparmaq;
  • Alıcılar və təchizatçılarla hesablaşmaların uçotunu və üzləşmələrin aparılmasını təmin etmək;
  • Debitor və kreditor borclarına nəzarət etmək;
  • Mal-material ehtiyatlarının, məhsulların və əsas vəsaitlərin uçotunu aparmaq;
  • Anbar qalığı və mühasibat uçotu məlumatlarının uyğunluğuna nəzarət etmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək;
  • Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanmasında iştirak etmək;
  • E-qaimə, e-VHF, bank və digər elektron sistemlər üzrə əməliyyatları həyata keçirmək;
  • Vergi hesablamalarının və vergi öhdəliklərinin düzgünlüyünə nəzarət etmək;
  • Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Ayın və ilin bağlanışı üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;
  • Mühasibat hesabları üzrə dövriyyə və qalıqların yoxlanılmasını aparmaq;
  • İnventarizasiya prosesində iştirak etmək və nəticələrin uçotda əks etdirilməsini təmin etmək;
  • Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların hazırlanması və cavablandırılmasında iştirak etmək;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı verdiyi digər tapşırıqları icra etmək.

Tələblər

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • PMS sertifikatı mütləqdir;
  • ACCA sertifikatlarının olması üstünlükdür;
  • ERP, Mikro və elektron dövlət portalları ilə işləmə bacarığı;
  • Mühasibat və vergi uçotu üzrə biliklər;
  • Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;
  • Yaş həddi: 20–40 yaş;
  • Yalnız xanım namizədlər müraciət edə bilər.

İş şərtləri:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 iş günü;
  • İş saatı: 08:00–17:00;
  • Əmək haqqı: 1300–1500 AZN Gross;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • İş yeri: Höküməli–Müşfiq ərazisi.