Bakı,
Azərbaycan
17/11/2025
-
17/12/2025
İş haqqında məlumat
30 ildən artıq təcrübəyə malik konsalting və autsorsinq şirkətiyik. Mühasibatlıq, İnsan Resursları, hüquq və idarəetmə sahələrində peşəkar xidmətlər göstəririk. Genişlənən fəaliyyətimiz çərçivəsində Gəncə filialımıza Aparıcı Mühasib axtarırıq.
- Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılması
- Elektron qaimə, vergi bəyannamələri (ƏDV, ÖMV, gəlir vergisi, DSMF, statistika) üzrə hesabatların hazırlanması və təqdim edilməsi
- Bank, kassa, əsas vəsait uçotu, debitor-kreditor əməliyyatlarının idarə olunması
- Müştəri şirkətlərin mühasibatlıq proseslərinin tam müşahidəsi və koordinasiyası
- Vergi və audit yoxlamalarına hazırlıq və dəstək
- Mühasibatlıq sənədlərinin düzgün və sistemli arxivləşməsi
- Müştərilərlə peşəkar əlaqələrin qurulması və sorğuların operativ cavablandırılması
Biz nə təklif edirik?
- Peşəkar konsalting mühitində inkişaf imkanı
- Rəqabətədavamlı əmək haqqı
- Davamlı təlim və sertifikasiya dəstəyi
- Gəncə filialında stabil və uzunmüddətli iş imkanı
- Karyera yüksəlişi və peşəkar mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini "CV göndər📤" düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıçı mühasib-Gəncə filialı “qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- Konsalting / autsorsinq mühitində təcrübə üstünlükdür
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və mühasibat uçotu prinsiplərini yaxşı bilməli
- 1C və ya digər mühasibat proqramlarından istifadə bacarığı
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
- Yüksək ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti