Bakı,
Azərbaycan
05/12/2025
-
12/12/2025
İş haqqında məlumat
- Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
- Debitor və kreditor borcları üzrə əməliyyatları izləmək və vaxtında uyğunlaşdırılmasını təmin etmək;
- Bank, kassa və POS-terminal əməliyyatlarını uçota almaq və maliyyə çıxarışları ilə düzgün uzlaşdırma aparmaq;
- Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
- Bütün əməliyyatların mühasibat uçotu hesablarında və registrlərdə düzgün əks etdirilməsinə nəzarət etmək;
- Mühasibatlıq əməkdaşlarının gündəlik iş fəaliyyətinə nəzarət etmək;
- Mənfəət və Zərər (P&L), Balans və Pul vəsaitlərinin hərəkəti hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların vaxtında və düzgün icrasını təmin etmək;
- LOGO Tiger 3 proqramında əməliyyatların tam və düzgün aparılmasına nəzarət etmək;
- LOGO Tiger 3 sistemində istifadəçi, səlahiyyət və əsas sistem parametrləri üzrə (Sys Admin səviyyəsində) işlərin icrasında iştirak etmək.
Tələblər
- Mühasibatlıq və əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
- LOGO Tiger 3 proqramında sərbəst işləmə bacarığı (üstünlükdür);
- LOGO Tiger 3 sisteminin Sys Admin tərəfi üzrə baza biliklərinin olması üstünlük hesab olunur;
- Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək;
- Maliyyə hesabatları üzrə (Mənfəət-Zərər, Balans, Kassa) orta səviyyədə bilik və praktiki bacarıq;
- Real mühasibat uçotu üzrə biliklərə malik olmaq və özünü inkişaf etdirməyə açıq olmaq;
- Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və operativlik;
- Problem həll etmə və qərarvermə bacarığı;
- Komandada işləmək bacarığı və yüksək iş etikasına malik olmaq.
Əmək haqqı: Əmək haqqı razılaşma yoluyla
Maraqlanan namizədlər cv-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.