SOCAR

Aparıcı mühasib (Salyan rayonu)

SOCAR
Ə/h razılaşma ilə
1410
Tam iş günü
Salyan, Azərbaycan
23/12/2025 - 06/01/2026

İş haqqında məlumat

  • Uzunmüddətli və qısamüddətli aktivlərin, kapital və öhdəliklərin uçotunu aparmaq; 
  • SAP ERP sistemində SD MM, HR, Fİ, BPC və digər modulların tətbiiqi ilə əlaqədar aidiyyatı üzrə uçotun aparılması və ilkin sənədlərlə düzgünlüyünü yoxlamaq; 
  • Gəlir və xərcləri hesabat dövrünə düzgün aid etmək; 
  • Mal-materialların mədaxil və məxaricinin sənədləşdirilməsini qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparmaq; 
  • İdarə üzrə mal-materialların analitik uçotunu və hərəkətinin qeydiyyatını aparmaq; 
  • Anbarda olan mal-material qalıqlarını yoxlamaq və çatışmazlıqlar haqqında tədbirlər görmək; 
  • SAP ERP sistemində və yerli uçotda mal-materialların mədaxil və məxaric uçotunu aparmaq; 
  • SAP proqramında 01 hesaba (əsas vəsait) ötürmə əməliyyatını aparmaq; 
  • Təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə İdarənin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirmək; 
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin tam uçotunun təşkil edilməsini, həmçinin onların hərəkəti ilə bağlı əməliyyatların uçotda vaxtında əks etdirilməsinin təmin etmək; 
  • Maddi dəyərlilərinin qəbulu və buraxılışının rəsmiləşdirilməsi üzrə müəyyən olunmuş qaydalara riayət edilməsini təşkil edir, əmlakın və öhdəliklərin inventarizasiyası qaydalarına riayət etmək; 
  • Müvafiq sənədlərin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verilməsini təmin etmək; 
  • İdarəetmə aparatı və xidmətlər üzrə əsas vəsaitlərin SAP ERP sistemində və yerli uçotda hesabatını aparmaq; 
  • Pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin çatışmazlığı və mənimsənilməsi ilə əlaqədar materialların rəsmləşdirilməsində iştirak etmək və yazılı şəkildə rəhbərliyə məlumat təqdim etmək; 
  • İdarə üzrə satışın(təbii qazın satışının) və ödənişlərinin hər bir iştirakçı üzrə uçotunun (SAP və yerli uçotda) tam və dürüst şəkildə aparılmasını təmin etmək;
  • Yaranmış debitor borcların vaxtlı-vaxtında yığılmasına nəzarət etmək; 
  • İdarəetmə aparatı və inzibati rayonlar üzrə xidmətlərdə görülmüş iş və xidmətlərə görə daxil olan aktları, VHF və hesab fakturaları araşdırmaq, yoxlamaq; 
  • Üzvü olduğu komissiyanın işində iştirak etmək; 
  • İstehsal və tədavül xərclərinin, smeta xərclərinin icrasının, məhsul, iş, xidmət satışının, tikinti, quraşdırma və sair işlərin dəqiq uçotunun aparılmasını həyata keçirmək; 
  • Müəyyən olunmuş müddətlərdə debitor borclarının yəğılmasını və kreditor borclarının ödənilməsini, ümidsiz və şübhəli borcların və digər itkilərin müvafiq qaydada silinməsini təmin etmək; 
  • Hesabat tərtib etmək üçün uçotun müxtəlif sahələri üzrə məlumat hazırlamaq; 
  • İşçilərə pul vəsaitinin ödənilməsi üzrə digər ödəniş cədvəllərini hazırlamaq; 
  • Təsdiq оlunmuş ştat cədvəlinə, iş vaxtının uçotu tabellərinə uyğun оlaraq işçilərə əmək haqqının və buna müvafiq оlaraq digər ödənişlər üçün müvafiq sənədləri hazırlayıb həyata kеçirmək; 
  • İşçilərin əmək haqqlarından və göstərilən хidmətlərdən gəlir vеrgisinin, sоsial sığоrta ayırmalarının və digər tutulmaları qüvvədə оlan qanunvеriciliyə (SAP proqramına əsasən) uyğun оlaraq düzgün həyata kеçirmək; 
  • Əmək haqqından ödənişlərin köçürülməsi üçün bank sənədlərini hazırlamaq; 
  • Sosial sığorta və məşğulluq fonduna nəzərdə tutulmuş hesabatları təqdim etmək; 
  • Ezamiyyətə gedən işçilərlə hesablaşmaların uçotunu müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək; 
  • Mənfəət planlarını tərtib etmək, faktiki mənfəətin əldə olunması, xərclənməsi hesabatını hazırlamaq; 
  • İdarənin hesablaşma hesablarına daxil olan maliyyə vəsaitlərin və onların xərclənməsinin operativ (gündəlik, aylıq və s.) uçotunu və hesabatını aparmaq; 
  • Dövriyyə vəsaitlərinin, materiallarının və s. maddi qiymətlilərinin, dəyər ifadəsində xərc normativlərini hesablamaq; 
  • Vergi qanunvericiliyinin tətbiqi ilə əlaqədar qarşıya çıxan məsələləri müvafiq icra orqanları ilə aydınlaşdırmaq; 
  • Vergilər və digər icbari ödənişlərə dair normativ-hüquqi aktlar və onlara edilmiş əlavələr və dəyişiklikləri işində tətbiq etmək; 
  • İstehsalat sanitariyası, elektrik təhlükəsizliyi və yanğından mühafizə qaydalarına riayət etmək. 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan neft sənayesində əməyin mühafizəsinin Vahid idarəetmə Sistemi”ni işdə rəhbər tutmaq.

Tələblər

  • Təhsil pilləsi:Ali təhsil
  • Müddəti / İş təcrübəsi: 2 İl / Müvafiq sahə üzrə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.