AzərEnerji ASC

Aparıcı mühəndis (Gəncə)

AzərEnerji ASC
Ə/h razılaşma ilə
1043
Tam iş günü
Gəncə, Azərbaycan
16/04/2026 - 30/04/2026

İş haqqında məlumat

  • Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi 
  • Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi 
  • Mürəkkəb hissələrinin bərpası, çox mürəkkəb mühafizə panellərinin quraşdırılması, istənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi və avtomatika qurğularının bütün növlərinin təmiri 
  • Elektron-ölçü aparatları, osilloqraflar, yüksək tezlik ölçənləri və generatorları ilə işləmək 
  • Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması 
  • Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi 
  • Mühəndisin rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması 
  • Rele mühafizəsi və avtomatika qurgularının saz vəziyyətdə olmasını təmin etməli

Tələblər

  • Təhsil Pilləsi:Bakalavr
  • İxtisası:Elektroenergetika mühəndisliyi
  • İş təcrübəsi:5 il
  • Sertifikatlar:Arzuolunandır
  • Tələb olunan kompyuter bilik səviyyəsi:ABB PCM600,Schneider Easergy Studio,Siemens Siprotect 5,Omicron CMC 356 Test Universe
  • Tələb olunan xarici dil bilik səviyyəsi: Azərbaycan dili - səlist,Rus dili - yaxşı,İngilis dili - orta
  • Səriştəlilik:İşə məsuliyyət,etik davranış,nizam-intizam,müstəqil qərar qəbul etmə bacarığı,təşkilatçılıq bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.