My Group Holding

Aparıcı qrafik dizayner

My Group Holding MMC
1200 - 1500 ₼
2010
Tam iş günü
Bakı, Azərbaycan
20/11/2025 - 20/12/2025

İş haqqında məlumat

  • Brendin dizayn strategiyasının formalaşdırılması və vizual istiqamətin idarə olunması
  • Sosial şəbəkələr üçün yüksək səviyyəli kreativ kontent və animasiyalı materialların hazırlanması
  • Digital kampaniyalar, saytlar və açılış səhifələri üçün premium keyfiyyətli banner və vizualların hazırlanması
  • Çap məhsullarının (afişa, flayer, vizitkart, qablaşdırma və s.) konseptdən finala qədər hazırlanması və keyfiyyətə nəzarət
  • Brendbukların yaradılması, yenilənməsi və dizayn standartlarının qorunması
  • Kreativ komandanı yönləndirmək, junior dizaynerlərə mentorluq etmək
  • Marketinq, SMM və məhsul komandaları ilə birlikdə kampaniyalar üçün kompleks vizual həllər təklif etmək
  • Birdən çox layihəni paralel şəkildə idarə etmək, dizayn proseslərini optimallaşdırmaq

. İş saatları və əmək şərtləri

  • Əmək haqqı: 1200–1500 AZN (təcrübədən asılı olaraq)
  • İş qrafiki:I–V günlər (09:00–18:00); Şənbə və bazar istirahət günləri
  • İş yeri:  H. Əliyev pr.152, Çinar Plaza

Uyğun namizədlər CV-lərini [email protected] ünvanına, mövzu hissəsində “Senior qrafik dizayner” qeyd etməklə göndərə bilərlər.

Tələblər

  • Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi (üstünlükdür)
  • Qrafik dizayn sahəsində minimum 5 il peşəkar təcrübə
  • Adobe Photoshop, Illustrator, InDesign proqramlarında mükəmməl səviyyə
  • After Effects, Figma və ya digər animasiya/digital dizayn alətlərində təcrübə
  • Brendinq, kampaniya dizaynı, kompozisiya, rəng nəzəriyyəsi və typoqrafiya üzrə yüksək bilik
  • Sosial media, digital reklam və müasir dizayn trendlərinə hakim olmaq
  • Kreativ düşüncə, problem həll etmə bacarığı və dizayn ideyalarını əsaslandırmaq bacarığı
  • Komanda idarəetmə və junior dizaynerlərlə işləmə təcrübəsi
  • Yüksək məsuliyyət, detallara diqqət və qısa zaman çərçivələrində keyfiyyətli iş görmək

Oxşar vakansiyalar