New Media

Aparıcı Satış Meneceri

New Media
Ə/h razılaşma ilə
6151
Tam iş günü
Bakı, Azərbaycan
12/02/2026 - 26/02/2026

İş haqqında məlumat

  • Fərdi aylıq və rüblük satış hədəflərinin tam icrası;
  • Digital, DOOH, TV və radio reklam məhsullarının aktiv satışı;
  • Mövcud müştərilərlə gəlirin artırılması (upsell / cross-sell);
  • Yeni reklamverənlərin və agentliklərin cəlb olunması;
  • Müştərilərlə uzunmüddətli və davamlı münasibətlərin qurulması;
  • Reklam kampaniyaları üzrə ehtiyacların düzgün müəyyən edilməsi;
  • Kommersiya təkliflərinin və media planların hazırlanması prosesində aktiv iştirak;
  • Müştəri məmnuniyyətinin və saxlanma səviyyəsinin təmin edilməsi;
  • Media komandası, marketing və maliyyə komandaları ilə sıx əməkdaşlıq;
  • Müqavilə və ödəniş proseslərinin vaxtında icrasına nəzarət;
  • Satış Direktoru üçün müntəzəm hesabatların təqdim edilməsi;
  • Reklam bazarındakı trendlərin və rəqiblərin izlənməsi;
  • Məhsul portfelinin idarə olunması;
  • Müştərilərə data əsaslı və dəyər yönümlü həllərin təklif olunması.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Tələblər

  • Təhsil: marketinq, biznesin idarə edilməsi və ya oxşar sahə üzrə ali təhsil; 
  • İş təcrübəsi: Reklam, media və ya B2B satış sahəsində minimum 3–5 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili - səlis (yazı və danışıq), Ingilis dili arzuolunandır;
  • Reklam agentlikləri və korporativ müştərilərlə iş təcrübəsi üstünlükdür;
  • Digital, DOOH, TV və radio reklam məhsulları üzrə baza biliklər;
  • Güclü satış və danışıqlar bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
  • Komanda daxilində əməkdaşlıq bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.