Bakı,
Azərbaycan
03/09/2026
-
17/09/2026
İş haqqında məlumat
- Fransız və Avropa mətbəxinə uyğun desert və şirniyyatların hazırlanmasını təşkil etmək;
- Mövcud desert menyusunun keyfiyyət standartlarına uyğun hazırlanmasını təmin etmək;
- Yeni desert və reseptlərin hazırlanmasında və menyunun inkişafında iştirak etmək;
- Desertlərin dad, tekstura, görünüş və təqdimat standartlarına nəzarət etmək;
- Reseptlərin və texnoloji kartların hazırlanması və standartlaşdırılmasını təmin etmək;
- İstehsal prosesini və gündəlik iş bölgüsünü planlaşdırmaq;
- Xammal sərfiyyatına, məhsul itkisinə və food cost göstəricilərinə nəzarət etmək;
- Qida təhlükəsizliyi, sanitariya və gigiyena standartlarına riayət olunmasını təmin etmək;
- Mövsümi və innovativ desertlərin hazırlanması üzrə təkliflər vermək;
- Mətbəx rəhbərliyi ilə sıx əməkdaşlıq edərək yüksək keyfiyyətli məhsul standartlarını qorumaq.
Tələblər
- Fransız və Avropa mətbəxində minimum 5 il peşəkar iş təcrübəsi;
- Aparıcı şirniyyatçı / Pastry Chef vəzifəsində iş təcrübəsi üstünlükdür;
- Fransız şirniyyatçılıq texnikaları və müasir desert hazırlanması üzrə peşəkar biliklər;
- Müasir plating və desert təqdimatı üzrə bacarıq;
- Komanda idarəetməsi və iş bölgüsünü düzgün təşkil etmək bacarığı;
- Food cost, xammal sərfiyyatı və məhsul itkisinə nəzarət üzrə anlayış;
- Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət;
- Yaradıcı yanaşma və yeni məhsullar yaratmaq bacarığı;
- Qida təhlükəsizliyi və gigiyena standartları haqqında bilik;
- Azərbaycan dili – yaxşı səviyyədə;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Təminatlar:
- İş qrafiki: 6 günlük
- İş yeri: Bakı şəhəri
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.