Bakı,
Azərbaycan
30.07.2025 05:42
-
30.08.2025 12:00
İş haqqında məlumat
- Aylıq, rüblük, illik bəyannamələrin təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Torpaq, Mənfəət, Vahid bəyannamə-DSMF hesabatı);
- Aylıq, rüblük, illik Statistika hesabatlarının təqdim edilməsi (Ticari, Əmək, 1N müəssisə, digər);
- Vergi orqanları ilə rəsmi yazışmalar aparmaq və daxil olan sorğuları vaxtında cavablandırmaq;
- Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək;
- Vergi planlaşdırması üzrə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Online kargüzarlığın və kameral məktubların gündəlik izlənməsi;
- YGB-lər üzrə ödənişlərin banka təqdim olunması (konsiqnasiya hesabatı);
- Xarici avans ödənişlərinin YGB və ya TTA əsasında bağlanması (banka hesabat verilməsi);
- İxrac və idxal əməliyyatlarında yaranmış problemlərdə hüquq şöbəsinə müvafiq dəstəyin verilməsi;
- Sığorta üzrə əməliyyatlara dəstək verilməsi;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi.
Təminat və əlavə imtiyazlar:
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
- Həftəiçi 5 gün, saat 09:00–18:00 iş qrafiki;
- Ünvan: Çıraq Plaza.
- Vakansiya ilə bağlı “Aparıcı vergi mühasibi” adını mövzu hissəsində qeyd etməklə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsi üzrə üstünlük);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- PMS sertifikatının olması arzuolunandır;
- MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
- 1C ERP sistemində işləmə təcrübəsi;
- Vergi Məcəlləsi və mühasibat uçotunun təşkili ilə bağlı qanunvericilik sahəsində yaxşı bilik və praktik təcrübənin olması;
- Diqqətcil və həll yönümlü yanaşma, komanda ilə işləmə və idarəetmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və situasiyanın daha geniş nəticələrini nəzərə alma bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları.