Application Specialist (Texniki Laborant / Laborant-Həkim)
Viva Medical Group MMC
Ə/h razılaşma ilə
3317
Tam iş günü
Bakı,
Azərbaycan
05/01/2026
-
19/01/2026
İş haqqında məlumat
Analizator və reagent tətbiqi
- Biokimya analizatorlarının işləmə sistemlərini və prinsiplərini dərindən anlamaq
- Reagentlərin analizatorlarda düzgün tətbiqini və parametrlərinin yoxlanmasını təmin etmək
- Application sheet-lər, metod parametrləri və reagent–analizator uyğunluğunun izlənməsi
- Demo və sınaq (trial) mərhələlərində reagent performansının qiymətləndirilməsi
Keyfiyyət və texniki nəzarət
- Reagentlərin keyfiyyət göstəricilərinin (precision, accuracy, linearity və s.) analiz edilməsi
- Kalibrasiya və QC proseslərinin düzgün qurulmasına nəzarət
- Analizator sistemində reagentlə bağlı yaranan texniki problemləri tanımaq və həll etmək
- Texniki uyğunsuzluqların səbəblərini analiz edərək korrektiv tədbirlər görmək
Texniki dəstək və kommunikasiya
- Laboratoriya personalına texniki dəstək göstərmək
- Texniki suallara cavab vermək və problemləri yerində və ya uzaqdan həll etmək
- Satış və marketinq komandası ilə texniki tərəfdaşlıq
- İstehsalçı və xarici partnyorlarla texniki yazışmaların aparılması
Təlim və inkişaf
- Yeni reagent və analizator texnologiyalarını öyrənmək
- Texniki təlimlərdə və sertifikasiya proqramlarında iştirak
- Daxili təlim materiallarının hazırlanmasına dəstək
- Təlimlərin təşkili
İş şəraiti
- İş yeri: Bakı (ezamiyyət imkanları ilə)
- İş rejimi: Tam ştat | 5 gün
- Maaş: Razılaşma yolu ilə
- Əmək müqaviləsi: Var
- İnkişaf imkanı: Karyera yüksəlişi və xaricdə təkmilləşdirmə proqramları
- Şöbə: Tibbi Laboratoriya
Tələblər
Təcrübə: 2–5 il
Təhsil və peşəkar baza
- Tibb, laboratoriya diaqnostikası, biokimya və ya əlaqəli sahədə ali təhsil
- Laboratoriya mühitində praktik iş təcrübəsi (mütləqdir)
- Biokimya testləri və laboratoriya workflow-u üzrə güclü baza
Təcrübə
- 2–5 il laboratoriya, IVD, reagent və ya analizatorlarla iş təcrübəsi
- Application Specialist, laborator texnik və ya oxşar texniki rolda təcrübə üstünlükdür
Texniki bacarıqlar
- Biokimya analizatorlarının iş prinsiplərini anlamaq
- Reagent performansını texniki baxımdan qiymətləndirmə bacarığı
- Problem həll etmə və analitik düşüncə
- Texniki sənədlərlə işləmə bacarığı (manual, application sheet, QC data)
- Test/kit sərfiyyatının və reagent ehtiyacının proqnozlarının texniki əsaslarla yoxlanması və təsdiqlənməsi
Dil bilikləri
- İngilis dili – mütləqdir (texniki yazışma və sənədlər üçün)
- Rus və ya digər dillər üstünlükdür
Şəxsi keyfiyyətlər
- Nizam-intizamlı və məsuliyyətli
- Yaradıcı yanaşma, öyrənməyə açıq və texnologiyaya maraqlı
- Səliqəli və detallara diqqətli
- Komandada işləmə və kommunikasiya bacarığı
- Ünsiyyətcil və təqdimat bacarığı olan
- Ezamiyyət və sahə işlərinə açıq