Bakı,
Azərbaycan
29.09.2025 09:58
-
29.10.2025 12:00
İş haqqında məlumat
- Fermerlərin bitki bəsləmə və bitki mühafizəsi ilə bağlı müraciətlərini cavablandırmaq, problemlərin həlli üzrə mütəxəssis rəyi təqdim etmək;
- Gübrələmə və bitki mühafizə ehtiyaclarına uyğun reseptlər hazırlamaq;
- Heyət üçün müvafiq sahədə maarifləndirici təlimlər keçmək;
- Gübrə və bitki mühafizə vasitələrinin çeşidləri ilə bağlı təlimatların hazırlanmasında iştirak etmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın davam etdirilməsi;
- Yeni gübrə və bitki mühafizə vasitələrinin araşdırılması, texniki və ekoloji cəhətdən uyğun məhsulların təklif olunması;
- Əsas müştərilərlə mütəmadi görüşlər və çarpaz satışın təşkili;
- Satışların həyata keçirilməsi, sifarişlərin təmin olunması və müqavilə şərtlərinə riayət olunmasına nəzarət.
Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Aqronom” başlığı ilə göndərin.
Tələblər
- Aqronomluq sahəsində ali təhsil (mütləq);
- Minimum 10 il iş təcrübəsi;
- Açıq tarla (taxıl, texniki bitkilər), bostan bitkiləri və meyvə bağlarında bitki bəsləmə və bitki mühafizəsi üzrə nəzəri bilik və praktiki təcrübə;
- Yerli torpaq strukturu, mövcud bitki sortları, fermerlərin əkin-biçin vərdişləri barədə yüksək səviyyədə məlumatlılıq;
- Gübrələmə proqramları və zərərvericilərə qarşı mübarizə metodlarını yaxşı bilmək;
- Enerjili, pozitiv, təşəbbüskar və komanda ruhuna malik olmaq;
- B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür;
- Ezamiyyətlərə hazır olmaq.