Bakı,
Azərbaycan
12/10/2026
-
26/10/2026
İş haqqında məlumat
- Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək;
- Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək;
- Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq;
- Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək;
- Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq;
- Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq;
- Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq;
- Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq;
- Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək.
Tələblər
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə);
- Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
- ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
- Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti;
- Ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə