Azərsulfat

Arqon və elektrod qaynaqçısı

Azərsulfat
Ə/h razılaşma ilə
6265
Tam iş günü
Bakı, Azərbaycan
22.08.2025 05:29 - 22.09.2025 12:00

İş haqqında məlumat

  • Müxtəlif növ metalların (polad, paslanmayan polad, alüminium, mis və s.) arqon mühitində qaynaq edilməsi;
  • Qaynaq Prosedur Spesifikasiyalarını (WPS) bilmək və ona uyğun qaynaq etmək;
  • Arqon qaynaq prosedurunun ardıcıllığına riayət etmək;
  • Qaynaqdan əvvəl detalların hazırlanması, təmizlənməsi və düzgün yerləşdirilməsi;
  • Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət və zədələrin aradan qaldırılması;
  • Çertyoj və texniki sənədlərlə işləmək, verilmiş ölçülərə riayət etmək;
  • İstifadə olunan qazların, avadanlıqların və alətlərin düzgün işlənməsi və saxlanması;
  • İş prosesində texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarına əməl etmək;
  • Qaynaq tikişlərinin sınaq və yoxlama nəticələrinə uyğun düzəlişlər aparmaq;
  • Qaynaq işləri zamanı istifadə olunan materialların sərfiyyatına nəzarət etmək;
  • İş yerini təmiz saxlamaq və qaynaqdan sonra texniki avadanlıqları qaydasında təhvil vermək.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük;
  • İstirahət günü: həftədə 1 gün;
  • Müddətli əmək müqaviləsi (layihəyə uyğun);
  • Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir;
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını Müraciət Et düyməsində yerləşən e-mail vasitəsilə mövzu yerinə “Arqon və elektrod qaynaqçısı” yazmaqla göndərməyiniz xahiş olunur.

Tələblər

  • Müvafiq sahədə Arqon qaynağı üzrə minimum 10 il təcrübə;
  • Neft – qaz, neft-kimya sektorunda təcrübəyə malik olmaq ;
  • Yaş 30 – 60 ;
  • Peşəyə uyğun sertifikat/diplom üstünlükdür;
  • Elektrod və poluavtomat qaynağı üzrə təcrübəyə malik olmaq üstünlükdür.


Oxşar vakansiyalar