"Azərbaycan Universiteti" MMC

Arxiv üzrə mütəxəssis

"Azərbaycan Universiteti" MMC
Ə/h razılaşma ilə
614
Tam iş günü
Bakı, Azərbaycan
02/03/2026 - 16/03/2026

İş haqqında məlumat

  • Mövcud qaydalara uyğun olaraq arxiv işini təşkil etmək;
  • Sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini həyata keçirmək, mühafizəsini  təşkil etmək;
  • Şöbələr tərəfindən istifadə edilməyən sənədlərin arxivə təhvil verilməsini təşkil etmək, arxivə verilmiş işlərin nomenklatur-siyahısını hazırlamaq;
  • Arxiv sənədlərini şifrələndirmək, sistemləşdirmək və yerləşdirmək, onların reyestrını və hesabatını tərtib etmək;
  • Vaxtı keçmiş sənədlərin  silinməsi və məhv edilməsini təşkil etmək və onları aktlaşdırmaq;
  • Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etməkArxiv sənədlərini və onların surətlərini vermək, arxiv sənədlərində olan məlumatlar əsasında arayışlar, sorğulara cavablar tərtib etmək və onların hesabatını aparmaq; 
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Təhsil pilləsi (minimum): Bakalavr
  • İxtisası: Fərq qoyulmur
  • İş təcrübəsi (minimum): Kargüzarlıq sahəsində 3 (üç) ildən az olmayaraq  əmək stajı
  • Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
  • Kompüter bilikləri: MS ofis proqramları

BİLMƏLİDİR:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyi, kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktları; 
  • Kargüzarlığın aparılmasının, arxiv işinin təşkilinin əsaslarını;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.