Qartal Tikinti Firması
550 ₼
497
Tam iş günü
Sumqayıt, Azərbaycan
03.07.2025 22:35 - 03.08.2025 12:00

İş haqqında məlumat

  • Yalnız Qartal Tikinti Firmasının ofisində və istehsalat sahəsində işləyən işçilər üçün yemək hazırlayacaq. 10-15 nəfər baş ofis işçiləri üçün hazırlanan yemək Sumqayıt şəhəri, 48-ci məhəllədəki baş ofisin yemək otağına ayrı-ayrı qablarda göndərilir. Buradakı yemək otağının təmizlənməsi və yeməklərin paylanması aşbazların məsuliyyətində deyildir. Çirkli boşqablar   aşbazların yuması üçün istehsalat sahəsinə qaytarılır.
  • İstehsalat sahəsində isə təqribən 25-30 nəfər üçün yemək hazırlanır və mətbəxin yanıda yerləşən yemək otağında işçilərə verilir. Boşqabların yuyulması və yemək zalının təmizlənməsi aşbazların məsuliyyətindədir.
  • Yeməkxanada 2 nəfər aşbazın işləməsi nəzərdə tutulur. Orta hesabla baş ofis və istehsalat sahəsinin işçiləri üçün gündəlik 40 nəfərlik yemək hazırlanır. İşçi sayı az olduqda hazırlanan yemək sayı 20-25 olur. 
  • İstehsalat sahəsində saat 11:00-da və 16:00-da işçilər üçün çay fasiləsi nəzərdə tutulur. Çayın hazırlanması və işçilərə verilməsi aşbazların məsuliyyətindədir;
  • Aşbazlar növbəti gün üçün menyu tərtib etməli və tələb olunan ərzağın miqdarı barədə sifariş hazırlamalıdır. Ərzaqların alınmasını və təchiz edilməsini başqa əməkdaş yerinə yetirir;
  • Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
  • Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir;
  • Ərzaq oğurluğu edən və yaxud təmizliyə riayət etməyən aşbaz dərhal işdən azad edilir;
  • İş saatı 09:00-17:00;
  • Aşbazlar öz bişirdiyi yeməkdən nahar edirlər . Aşbazların geyimi firma hesabına təmin edilir;
  • İstirahət günü - Bazar günləri və bayram günləri;
  • Əmək haqqı: 550 AZN Vergilər tutulduqdan sonra;
  • İş yeri: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasının İstehsalat sahəsindəki yeməkxanası.

Tələblər

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
  • İşində məsuliyyətli və ciddi olmalı;
  • Təmizliyə xüsusi diqqət yetirməlidir;
  • Ancaq Sumqayıt şəhərində yaşayanlar müraciət edə bilər.