Bakı,
Azərbaycan
28.07.2025 23:14
-
28.08.2025 12:00
İş haqqında məlumat
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Yeməklərə, istifadə edilən məhsullara və onların yararlılıq müddətinə, habelə necə və hansı miqdarda istifadəsinə, saxlanmasına aid biliklərə malik olmaq və nəzarət etmək;
- Öz işini əmək və qida təhlükəsizliyi qaydalarına və sanitariya normalarına uyğun olaraq təşkil etmək;
- İş yerindəki bütün avadanlıqların, materialların və əşyaların təmizliyini və səmərəliliyini qorumaq;
- Lazım olacaq ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
- Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək;
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsünü aparmaq;
- Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək və onların fəaliyyətinə nəzarət etmək;
- İşlərin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
- Əməyin təşkilinin əsaslarına, əmək qanunvericiliyinin əsaslarına, daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına əməl etmək;
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 7:00 - 16:00 (həftədə 5 dəfə);
- İş yeri: Ağ şəhər;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.
Tələblər
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməyi bacarmalı;
- Ən azı 3 illik iş təcrübəsi;
- Mətbəx heyətini idarə etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Öyrənmə və özünü inkişafa, yeni üsulları və texnikaları öyrənməyə açıq və istəkli olma.