Qartal Tikinti Firması
200 - 300 ₼
188
Yarım iş günü
Sumqayıt, Azərbaycan
15/05/2026 - 29/05/2026

İş haqqında məlumat

  • Yalnız Qartal Tikinti Firmasının 3 nəfər müdiriyyəti  üçün Günorta və axşam yeməyi hazırlayacaq.
  • Günorta yeməyini göstərilən ünvanda yerləşən Qartal Tikinti Firmasının yeməkxanasında təqribən saat 13:00-da müdiriyyətə  salatlar çay və.s ilə birlikdə verməlidir.
  • Həmçini 2 nəfər üçün axşam götürüləcək yeməyi hazırlayıb paketləsin
  • Günorta yeməyi zamanı çirklənmiş qabları yumalı və müdiriyyətin kabinetini  növbəti gün üçün təmizləməlidir
  • Axşam yeməyini 2 nəfərin götürməsi üçün hazırlayıb paketləməlidir.
  • Yemək üçün ərzaqı Qartal Tikinti Ffirmasının digər məsulişçisi alıb, yeməkxanaya verəcək. Bu məqsədlə Aşpaz növbəti gün üçün menyuya uyğun tələb olunan ərzaqın sifarişini 1 gün öncədən verməlidir.
  • Ərzaqlardan düzgün istifadə edilməli və ərzaq itkilərinə yol verilməməlidir;
  • Firma rəhbərliyi tərəfindən təyin edilmiş nizam və qaydalara riayət edilməlidir.
  • Ərzaq oğurluğu edən və yaxud təmizliyə riayət etməyən aşpaz dərhal işdən azad edilir.

İşçi üçün şərait:

  • İş vaxtı  təqribən səhər  saat  10:00-dan 14:00 qədərdir. Aşpaz  işini  bitirdikdən sonra  evinə  gedə  bilər.
  • Aşpaz işi elə planlaşdırmalıdır ki, təqdim edəcəyi günorta yeməyini saat 13:00-a qədər təqdim etsin və stolu açsın. Həmçinin  2-ci  bölümdə göstərilmiş  digər  tələbləri icra  edə  bilsin. 
  • Aşpaz öz bişirdiyi yeməkdən nahar edə bilər. Ancaq  evinə  yemək apara  bilməz. 
  • Aşpaz geyimi firma hesabına təmin edilir;
  • İstirahət günü - Bazar günləri və bayram günləri.

Əmək haqqı: 200-300 AZN Vergilər tutulduqdan sonra (yəni kartına  ödəniləcək  məbləğ)

İş yerinin ünvanı: Sumqayıt şəhəri, Çerkassi küçəsi 220, 50-ci məhəllə, Qartal Tikinti Firmasinin tikinti-quraşdirma işləri üçün metal konstruksiya hazirlanmasi sahəsi

Tələblər

  • Aşpaz kimi ən azı 1 il iş təcrübəsi olmalı;
  • Azərbaycan mətbəxinin yeməklərini Keyfiyyətli hazırlamağı bacarmalıdır;
  • İşində məsuliyyətli və ciddi olmalı;
  • Keyfiyyətə və təmizliyə xüsusi diqqət yetirməlidir;
  • Ancaq Sumqayıt şəhərində yaşayan 24 yaşından 40 yaşına qədər qadınlar müraciət edə bilər.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.