Dreamland Baku
Ə/h razılaşma ilə
410
Növbəli iş
Bakı, Azərbaycan
01/06/2026 - 15/06/2026

İş haqqında məlumat

  • Restoran mətbəxinin gündəlik fəaliyyətini yüksək keyfiyyət və operativlik prinsipləri əsasında icra etmək
  • Menyuda yer alan bütün yeməkləri təsdiqlənmiş reseptlərə, standartlara və təqdimat qaydalarına uyğun hazırlamaq
  • İsti, soyuq və digər mətbəx bölmələri arasında koordinasiyanı təmin edərək fasiləsiz iş axınını qorumaq
  • Məhsulların düzgün saxlanılması, istifadə müddətinə nəzarət və itkilərin minimuma endirilməsini təmin etmək
  • Qida təhlükəsizliyi və gigiyena standartlarına (HACCP və daxili prosedurlar) tam riayət etmək
  • Mətbəx avadanlıqlarının düzgün istifadəsi və texniki vəziyyətinə nəzarət etmək
  • Yeni menyu və yeməklərin hazırlanmasında yaradıcı yanaşma sərgiləmək və təkliflər vermək
  • Qonaqlara təqdim olunan yeməklərin dad, keyfiyyət və vizual standartlara uyğunluğunu təmin etmək
  • Mətbəx daxilində komanda işini gücləndirmək, köməkçi heyəti yönləndirmək və dəstəkləmək
  • Sifarişlərin vaxtında və düzgün hazırlanmasını təmin etməklə ümumi qonaq məmnuniyyətinə töhfə vermək
  • Qida məhsullarının sifarişi və stok idarəetməsi prosesində rəhbərliyə dəstək olmaq
  • İş yerində nizam-intizam, təhlükəsizlik və təmizlik qaydalarına riayət etmək

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi
  • Əmək haqqı: (müsahibə əsasında müəyyən ediləcək)
  • İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

Tələblər

  • Aşpaz və ya müvafiq sahədə minimum 3 il iş təcrübəsi (restoran / hotel təcrübəsi üstünlükdür)
  • Milli və beynəlxalq mətbəx üzrə biliklər arzuolunandır
  • Gigiyena və qida təhlükəsizliyi standartları haqqında məlumatlı
  • Komandada işləmə və operativ qərarvermə bacarığı
  • Məsuliyyətli, diqqətli və intizamlı
  • Stress altında işləmə və sürətli iş tempinə uyğunlaşma bacarığı

     

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar