Bakı,
Azərbaycan
17/08/2026
-
31/08/2026
İş haqqında məlumat
- İnqrediyentlərin hazırlanması, o cümlədən doğranması, soyulması və marinadlanması;
- Aşpazın iş bölgüsü əsasında təyin olunmuş sahələrdə yeməklərin hazırlanması və bişirilməsi proseslərini icra etmək;
- Ərzaqların qəbulunda və çeşidlənməsində, yerləşdirilməsində iştirak etmək;
- Qida məhsullarının düzgün saxlanmasına, temperatur rejiminə və yararlılıq müddətinə nəzarət etmək;
- Məhsulların keyfiyyətinə, təzəliyinə və yararlılıq müddətinə nəzarət etmək və uyğunsuzluq aşkar edildikdə aşpaz və ya baş aşpaza məlumat vermək;
- Məhsulların bişirilməyə hazır vəziyyətə gətirilməsi üçün porsiyalanmasını təmin etmək;
- Hazırlanmış yeməklərin porsiya ölçülərinə və təqdimat standartlarına uyğun şəkildə verilməsini təmin etmək;
- İş masalarının, mətbəx inventarının və istifadə olunan sahənin təmiz saxlanmasını təmin etmək;
- Qab-qacağın, mətbəx alətlərinin və istifadə olunan avadanlıqların təmizliyini təmin etmək;
- Kiçik aşpazların iş bölgüsü əsasında çalışmasına nəzarət etmək;
- Yeni işə başlayan işçiləri mətbəxlə tanış etmək, onların lazımi avadanlıqlarla təmin olunmasına köməklik göstərmək;
- Qida təhlükəsizliyi və sanitariya normalarına (HACCP standartları) əməl etmək;
- Şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək;
Tələblər
- Müvafiq sahədə 3 il iş təcrübəsinin olması;
- İtalyan mətbəxində iş təcrübəsinin olması
- İş prosesini planlaşdırmaq və hazırlıq işini idarə etmək bacarığının olması;
- Komanda ilə işləmək bacarığının olması;
- Mətbəx avadanlıqlarından istifadə bacarığının olması;
- Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;
- Ərzaqların saxlanma qaydalarını bilmək;
- Sürətli və səliqəli işləmək;
- Diqqətli olmaq və detallara önəm vermək;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun