PROSYS LLC

ASP.Net Proqramçı

PROSYS LLC
Ə/h razılaşma ilə
435
Tam iş günü
Bakı, Azərbaycan
12/11/2025 - 12/12/2025

İş haqqında məlumat

  • C# və ASP.Net proqramlaşdırma dillərində, Oracle və MSSQL Server verilənlər bazasında işləyən hazır yazılmış Web Form proqram təminatlarına texniki dəstək göstərilməsi;
  • Verilən texniki tapşırıqlara uyğun yeni proqram təminatlarının hazırlanması;
  • Sprint üzrə tapşırıqların vaxtında və keyfiyyətli icrası;
  • Yeni proqram təminatı hazırlanması;
  • Hazırlanmış tapşırıqların ilkin testlərinin aparılması və keyfiyyətli təhvil verilməsi;
  • Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi və inkişaf etdirilməsi;
  • Proqram təminatlarının test edilməsi  və yeni hesabatların hazırlanması.

Biz sizə nə təklif edirik?

  • Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı təklif olunur;
  • Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar);
  • Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı;
  • Dostyana və dəstəkləyici iş mühiti.

Təsvir:

  • Proqram təminatlarının inkişafında təcrübənizi növbəti səviyyəyə daşımağa hazırsınız?
  • Biz mövcud və yeni proqram təminatlarının inkişafı, texniki dəstəyi və optimallaşdırılması sahəsində çalışacaq ASP.Net web form proqramçı axtarırıq!
  • Əgər siz analitik düşüncəyə, texniki bacarıqlara və komanda ruhuna sahibsinizsə, bu fürsəti qaçırmayın!

İş şəraiti:

  • İş yeri: Bakı, Azərbaycan;
  • İş növü: Tam ştat (full-time).

Müraciət etmək üçün:
Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində “ASP.Net web form proqramçı” yazaraq CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin.
Mövcud proqram təminatlarını inkişaf etdirmək və yeni həllər yaratmaq istəyirsiniz? O zaman komandamıza qoşulun!

Tələblər

  • C#, ASP.NET, Entity Framework üzrə iş təcrübəsi;
  • Web proqramlaşdırma,  CSS, HTML, JavaScript, jQuery, Ajax bilikləri;
  • SQL dili üzrə bilik və Oracle/MSSQL Server ilə işləmə bacarığı;
  • Web Servis və Web Servis Client yazmaq bacarığı;
  • DevExpress komponentləri ilə iş təcrübəsi;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti;
  • Komandada işləmə bacarığı və kollektiv şüur;
  • Agile/SCRUM metodologiyaları üzrə təcrübə;
  • Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmalı;
  • Asan ünsiyyət qura bilməli;
  • İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı;
  • Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmalı;
  • Ən azı 5 illik müvafiq iş təcrübəsi.

Oxşar vakansiyalar