Yevlakh City Hotel

Assistant Engineering Manager/ Texniki işlər üzrə menecer müavini

Yevlakh City Hotel
Ə/h razılaşma ilə
1062
Tam iş günü
Yevlax, Azərbaycan
30.10.2025 12:07 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaların və təmir işlərininin idarə edilməsi;
  • Əməliyyat səmərəliliyini qorumaq və aktivlərin ömrünü uzatmaq üçün müntəzəm yoxlamaların, profilaktik baxımların və zəruri təmirlərin effektiv şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək;
  • Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
  • Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişinin əvvəlcədən planlaşdırılaraq icra edilməsi;
  • Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
  • Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi və təsdiq olunduqda icrasının həyata keçirilməsi;
  • Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunması;
  • Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün;

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Könülü tibbi sığorta;
  • Qalmaq yeri  ilə təmin olunma ;
  • Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
  • Tibbi sığorta.

İş yeri:

  • Yevlax şəhəri

Müraciət forması:

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Namizədlərdən CV göndərərkən mövzu yerində müraciət edilən vəzifə adının qeyd edilməsi xahiş olunur.

Tələblər

  • Ali təhsil (xüsusi ilə Mühəndislik, texniki və ya oxşar sahələrə üstünlük verilir);
  • Namizəd: Azərbaycan vətəndaşı 
  • Təcrübə: Texniki layihələrin idarə edilməsi sahəsində sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Müvafiq sahələrdə texniki komandaların idarə edilməsində geniş təcrübə;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • MS Office proqramlarında işləmək bacarığı.


Oxşar vakansiyalar