Assistent/ Personal Assistant to the Chief Technology Officer
Azerconnect LLC
Ə/h razılaşma ilə
443
Tam iş günü
Bakı,
Azərbaycan
26/12/2025
-
09/01/2026
İş haqqında məlumat
İdarə: Şəbəkə Texnologiyaları İdarəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
- Texnologiyalar üzrə Baş Müdirə inzibati məsələlərdə köməklik göstərmək, daxil olan poçt və zəngləri cavablandırmaq;
- Mürəkkəb təqvimləri, görüşləri və paralel prioritetləri yüksək dəqiqlik və peşəkarlıqla idarə etmək;
- Texnologiyalar üzrə Baş Müdir ilə şirkətdaxili və şirkətxarici tərəflər arasında bütün təşkilati səviyyələr üzrə etibarlı əlaqələndirici şəxs olmaq;
- Nəzərdə tutulmuş səyahətləri təşkil etmək və koordinasiya etmək;
- Texnologiyalar üzrə Baş Müdirin korporativ kartları üzrə xərclər haqqında hesabatları hazırlamaq;
- İclaslarda iştirak etmək, müvafiq iclas protokollarını saxlamaq və yönləndirmək;
- Təqdimatların və dövri hesabatların hazırlanmasına dəstək olmaq;
- Şəbəkə Texnologiyaları İdarəsinə dair PR və Satınalma Sifarişləri yaratmaq, statusu sorğu edənləri izləmək və yeniləmək;
- Texnologiya sahəsinə dərindən maraq göstərmək; CTO-nun vizyonunu daha yaxşı anlamaq üçün yeni trendləri və alətləri öyrənməyə meylli olmaq;
- Yazışmaları, hesabatları, təqdimatları, eləcə də texniki və qeyri-texniki sənədləri nəzərdən keçirmək və icrasına nəzarət etmək;
- Çalışdığı funksiya üçün tələb olunan ofis ləvazimatlarının təmin olunmasında dəstək olmaq;
- Şəbəkə Texnologiyaları İdarəsi komandası ilə digər idarə və qruplarla olan birgə çalışmaları koordinasiya etmək və onlarla olan işgüzar münasibətləri təkmilləşdirmək;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/yazılı tapşırıqları icra etmək;
- Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
- Məxfi və həssas məlumatları ən yüksək dürüstlük prinsiplərinə uyğun idarə etmək və şirkətə aid məlumatların məxfiliyini təmin etmək.
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya;
- Performans əsasında həvəsləndirici və bonuslar;
- Əlavə imtiyazlar;
- Performansa əsaslanan mədəniyyət;
- Müxtəlif təhsil və inkişaf imkanları;
- Karyera inkişaf imkanı;
- Hibrid iş imkanı;
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
- Innovativ məhsullar və rəqəmsallaşma;
- Beynəlxalq təcrübə;
- Yüksək bacarığa malik peşəkar komanda;
- Kross-funksional əməkdaşlıq;
- Təcrübə mübadiləsi.
Tələblər
- Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək;
- MS Office proqramlarını yaxşı bilmək;
- Tələb olunduğu zaman qeyri-iş saatlarında işləyə bilmək;
- Detallara diqqət yetirmə qabiliyyəti;
- İntensiv informasiya axını ilə işləmə bacarığı;
- Diqqətli və məsuliyyətli olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni “CV göndər📤” düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.