Bakı,
Azərbaycan
25/11/2025
-
25/12/2025
İş haqqında məlumat
- Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi;
- Şirkətlərin maliyyə departamentləri tərəfindən hazırlanan aylıq, rüblük və illik hesabatların daimi auditinin aparılması, menecment üçün hesabatların etibarlılığına dair rəylərin hazırlanması;
- Auditin planlaşdırılması, audit işlərinin icrası, audit nəticələrinin yekunlaşıdırılması prosesinə rəhbərlik etmək;
- Mövcud bazar tendensiyaları və prosesləri haqqında anlayışınızı daim inkişaf etdirmək və gənc həmkarları inkişaf etdirmək üçün biliklərini bölüşmək;
- Müştəriləri cəlb etmək və əməliyyatlar boyunca etibarlı məsləhət və peşəkarlıq təmin etmək;
- Audit dövründə şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması;
- İş qrafiki həftədə beş gün, I - V günlər saat 9:00-dan 18:00 dək;
- Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən qiymətlıəndirilir 2000 -2500 manat aralığında,buna əlavə olaraq auditin düzgün, ətraflı, tam əhatə edilməsinə görə mükafatlar(bonuslar) ödənilir.
Maraqlanan namizədlər, xahiş edirik CV-lərinizi "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Tələblər
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
- İFRS və beynəlxalq Audit standardları üzrə biliklər;
- ACCA (F3, F7 ) sertifikatlar minimum və ya DipIFR sertifikatı;
- Maliyyə vəya mühasibatlıq sahəsində 3 il iş təcrübəsi (İştrak etdiyiniz audit lahiyələrinin CV – də qeyd edilməsi);
- “Big 4” və ya “Big 10“ Audit şirkətlərində minimum 1 il təcrübəsi (İştrak etdiyiniz audit lahiyələrinin CV – də qeyd edilməsi mütləqdi).