Camal LTD

AUDİT ŞÖBƏ MÜDİRİ

Camal LTD
3000 ₼
144
Tam iş günü
Bakı, Azərbaycan
16/10/2026 - 16/11/2026

İş haqqında məlumat

•    Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
•    Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
•    İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
•    Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
•    Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
•    Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
•    Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
•    Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək;

Tələblər

•    Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə);
•    Müvafiq sahə üzrə ən azı 5  il iş stajı;
•    Yaş həddi: 35-50
•    Microsoft Office, 1C 8.3v proqramından sərbəst istifadə bacarığı;
•    Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
•    Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır).
•    Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər;

İş şəraiti:
•    İş qrafiki: 1-6 günlər
•    Əmək haqqı: 3000
•    İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D
•    Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir.