Bakı,
Azərbaycan
23/04/2026
-
07/05/2026
İş haqqında məlumat
- Yerli mühasibat uçotu standartları və IFRS tələblərinə uyğun balans hesabatlarının hazırlanması və yoxlanılması
- Debitor və kreditor borclarının mütəmadi təhlili və düzgünlüyünün təmin edilməsi
- Gəlir və xərc hesabatlarının hazırlanması və analizi
- Müştəri şirkətlərin vergi bəyannamələrinin yoxlanılması və qanunvericiliyə uyğunluğa nəzarət
- Maliyyə məlumatlarının dəqiqliyinin təmin edilməsi və uyğunsuzluqların aşkarlanması
- Daxili audit proseslərinin aparılması və müvafiq hesabatların hazırlanması
- Maliyyə risklərinin qiymətləndirilməsi və rəhbərliyə əsaslandırılmış tövsiyələrin verilməsi
- Maliyyə sənədlərinin düzgün və sistemli şəkildə arxivləşdirilməsi
İş şəraiti
- Əmək haqqı: 1500-2200 Azn
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-18:00
Tələblər
- IFRS və yerli mühasibat uçotu standartları üzrə bilik
- Maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı
- Vergi qanunvericiliyi üzrə yaxşı anlayış
- Daxili audit prinsipləri üzrə bilik
- MS Excel proqramında sərbəst işləmə bacarığı
- 1C və ya digər mühasibat proqramları ilə iş təcrübəsi (üstünlükdür)
Şəxsi Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti
- Detallara yüksək diqqət
- Məsuliyyətlilik və dürüstlük
- Vaxtın effektiv idarə olunması
- Komanda ilə işləmə və güclü ünsiyyət bacarığı
- Problem həll etmə qabiliyyəti
Üstünlük Veriləcək:
- Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi
- ACCA və ya digər peşəkar sertifikatların olması
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.a