Bakı,
Azərbaycan
03/12/2025
-
10/12/2025
İş haqqında məlumat
- Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
- Maliyyə auditi yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək və qiymətləndirmək;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını və konfidensiallığını təmin etmək;
- Maliyyə auditi hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması;
- Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək;
- Is qrafiki- 09.00-18.00;
- 5 günlük iş rejimi, şənbə , bazar istirahətdir;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı 400-600 Azn (vakantın səriştə və bacarığindan aslı olaraq )
Tələblər
- İqtisadiyyat,Mühasibatlıq,Audit ,Maliyyə sahəsi üzrə Ali təhsili olanlara üstünlük veriləcəkdir;
- Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA F3-F7) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və İngilis dili;
- Yaş həddi: 20-25;
- İşçi heyəti ilə düzgün münasibətdə olmalı;
- Eyni vaxtda bir neçə işi görməyi bacarmalı;
- Audit sahəsinə aid nəzəri biliklər;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.
Vakansiyaya müraciət üçün CV-nizi “ Auditor köməkçisi təcrübə ” mövzusu ilə "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.