Bakı,
Azərbaycan
02.10.2025 11:51
-
02.11.2025 12:00
İş haqqında məlumat
- Ustanın və Əyirici sahə rəisinin göstərişi əsasında işlədiyi sahənin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;
- Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək;
- Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
- Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;
- Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
- İş yeri: Bakı Tekstil filialı (Prime Cotton).
Əlavə məlumat:
- İş qrafiki: Çoxnövbəli;
- İş yeri: Bakı şəhəri, H.Əliyev prospekti 95;
- Nahar şirkət tərəfindən təmin edilir.
“Usta köməkçisi “ qeyd edib işlə bağlı müraciətinizi qeyd olunan e-mail adresinə və ya 55 254 3452 vatsap nömrəsinə yaza bilərsiz.
Tələblər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
- Təmir ediləcək avadanlığın, qurğunun və maşınların quruluşunu bilmək;
- İstifadə edilən ölçü alətləri və cihazların tətbiqi məqsədləri, xüsusiyyətləri və qaydalarını bilmək;
- Avadanlıqların təmiri, montajı və quraşdırılması üzrə texnoloji prosesi bilmək;
- Orta ixtisas təhsili və ya ekvivalent təlim, və ya orta ixtisas təhsilinə bərabər tutula bilən staj müddəti (sahə üzrə).