İş haqqında məlumat
“CAMAL” LTD şirkəti komandamıza Avto Çilingər vəzifəsi üzrə əməkdaş axtarır.
Əsas vəzifə və öhdəliklər:
• Avtomobillərin texniki vəziyyətinin yoxlanılması və nasazlıqların müəyyən edilməsi;
• Avtomobillərin mühərrik, asqı, əyləc və digər mexaniki sistemlərində təmir işlərinin aparılması;
• Nasaz və yararsız hissələrin sökülməsi, təmiri və yenisi ilə əvəz edilməsi;
• Avtomobillərə texniki xidmət və profilaktik baxışların həyata keçirilməsi;
• Təmir zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə edilməsi;
• Aşkar edilmiş texniki problemlər barədə rəhbərliyə məlumat verilməsi;
• İş yerində təhlükəsizlik və daxili intizam qaydalarına riayət edilməsi.
Tələblər
• Avto çilingər sahəsində iş təcrübəsi;
• Avtomobillərin mexaniki quruluşu və texniki sistemləri haqqında bilik;
• Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
• Məsuliyyətli və intizamlı olmaq;
• Komandada işləmək bacarığı;
• Praktiki və operativ işləmə qabiliyyəti.
İş şəraiti
- İş qrafiki: Tam iş günü
- Nahar Şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı 1200 azn
- Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə
Mövzu hissəsində “Avto çilingər” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.