Predsol

Avtobus sürücüsü

Predsol
Ə/h razılaşma ilə
346
Tam iş günü
Bakı, Azərbaycan
15/09/2026 - 29/10/2026

İş haqqında məlumat

  • Təhkim olunmuş avtobusu təmiz, səliqəli və texniki saz vəziyyətdə saxlamaq.
  • Hərəkətə başlamazdan əvvəl avtobusa texniki baxış keçirmək və aşkar olunan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq.
  • Avtobusun servis müddətinə və yanacaq sərfiyyatına nəzarət etmək.
  • Kiçik texniki nasazlıqları yerində aradan qaldırmaq üçün zəruri mexaniki biliklərə malik olmaq.
  • Avtobusda yanğınsöndürən balon, təhlükəsizlik üçbucağı və tibbi çantanın mövcudluğunu təmin etmək.
  • Yol hərəkəti qaydalarına və müəyyən edilmiş sürət həddinə ciddi riayət etmək.
  • Əməkdaşların iş yerinə və geriyə təhlükəsiz daşınmasını təmin etmək.
  • Təsdiq edilmiş hərəkət marşrutuna və vaxt qrafikinə riayət etmək, gecikmə və ya marşrut dəyişikliyi barədə aidiyyəti rəhbəri vaxtında məlumatlandırmaq.
  • Sərnişinlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək və səfər zamanı rahat, nəzakətli xidmət göstərmək.
  • Şirkətə məxsus sənəd, avadanlıq və digər ləvazimatları təyinat ünvanına təhlükəsiz çatdırmaq.
  • Qeyri-iş vaxtında avtobusu müəyyən olunmuş dayanacaqda saxlamaq.
  • İstehsalat sahələrində fərdi mühafizə vasitələrindən istifadə etmək.
  • Avtobusun müəyyən edilmiş sərnişin tutumunun aşılmasına yol verməmək, qarlı və buzlu yollarda təkər zəncirindən istifadə etmək.
  • Yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizliyi təmin etdikdən sonra dərhal rəhbərliyə və sığorta şirkətinə məlumat vermək.
  • İş vaxtında spirtli içki və ya əhvalı dəyişdirən digər maddələrdən istifadə etməmək.
  • İşə davamiyyət, daxili intizam və subordinasiya qaydalarına riayət etmək, münaqişələrdən uzaq olmaq.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

  • Etibarlı sürücülük vəsiqəsində D kateqoriyasının olması.
  • Yaşı 60-dan az olmalıdır.
  • Sərnişindaşıma sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYNA Tədris Mərkəzi tərəfindən verilmiş sertifikatın olması üstünlükdür.
  • Yol hərəkəti qaydalarını və nəqliyyat vasitəsinin əsas texniki quruluşunu yaxşı bilmək.
  • Kiçik texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı.
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və təhlükəsiz idarəetmə vərdişləri.
  • Bakı şəhərini və region yollarını yaxşı tanımaq.

Biz təklif edirik:

  • İş təcrübəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
  • Dəstəkləyici və təhlükəsizliyə önəm verən iş mühiti.
  • Şirkət tərəfindən mobil nömrə ilə təminat.
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 08:00–17:00

Oxşar vakansiyalar