Az Logistika

Avtoelektrik (Nəqliyyat sahəsi)

AZ Logistika
Ə/h razılaşma ilə
2435
Tam iş günü
Bakı, Azərbaycan
23.09.2025 12:55 - 23.10.2025 12:00

İş haqqında məlumat

  • Nəqliyyat şöbəsində olan minik, yük avtomobillərin və ağır texnikaların kompüter diaqnostikasını bilməlidir; 
  • Akkumlyator, starter, generator, relelərin, bütün növ göstərici cihazların yoxlanılması və təmirini həyata keçirməlidir; 
  • Minik, Yük nəqliyyat vasitələrinin və ağır texnikalarda sensor , datçiklərin nasazlığının yoxlanılması və lazım gəldikdə yenisi ilə əvəz etməlidir  ;   
  • Minik, Yük nəqliyyat vasitələrinin və ağır texnikalarda işıqlandırma sisteminin yoxlanılması və təmirini bilməlidir;
  • Mövsümlə əlaqədar olaraq minik, yük nəqliyyat vasitələrinin və ağır texnikalarda salonun qızdırıcı və  kondinsionerlərin yoxlanılması, nasazlıq olduqda təmir etməlidir ;
  • Elektrik sistemində olan bütün növ qüsurları və nasazlıqları vaxtında aşkar edib təmir etməyi bacarmalı;
  • Nəqliyyat vasitələrində elektrik avadanlığının köhnəlməsini aşkar edib və bunun qarşısının alınması üzrə tədbirlər görmək; 
  • Aşkarlanan nasazlıqları üst rəhbəri ilə təsdiqlədikdən sonra təmirə başlamaq;   
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək ;                    
  • Servis rəhbərinin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək;                                                                  
  • Üst rəhbərinə görülən işlər barədə hesabat vermək. 

Şərtlər:  

  • 6 günlük iş norması;  
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə çatdırılma üçün servis mövcuddur;
  • Əmək haqqı : razılaşma əsasında;
  • İş yeri: Qaradağ r-nu, Salyan şossesi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Avtomobil təmiri üzrə avtoelektrik kimi ən azı 5 il iş təcrübəsi ;
  • Nəqliyyat vasitələrinin elektron diaqnostikası üzrə iş təcrübəsi ;
  • Nizam-intizamlı ;
  • Elektronşik səriştəsi olan ustalara üstünlük veriləcək.


Oxşar vakansiyalar