hrin.az
Reklam
Unimetal MMC

Avtokar sürücüsü tələb olunur

Unimetal MMC

Əmək haqqı: 700 ₼ və üzəri

31723 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Unimetal şirkəti “Avtokar sürücüsü” vakansiyası elan edir!

Vəzifə öhdəlikləri:

  • Yüklərin təyinat məntəqələrinə təhlükəsiz şəkildə boşaldılmasını, daşınmasını və anbar və istehsalat sahələrində düzgün yerləşdirilməsini həyata keçirmək;
  • Avtokarın müəyyən edilmiş yükdaşıma limitlərinə əməl etmək və daşınma zamanı yüklərin balansını qorumaq;
  • İşə başlamazdan əvvəl texnikanın gündəlik vizual yoxlanışını aparmaq, avadanlığın təmizliyini və işlək vəziyyətini təmin etmək, aşkar olunan nasazlıqlar barədə dərhal sahə rəhbərinə məlumat vermək;
  • Zavod ərazisində müəyyən edilmiş sürət limitlərinə, yol nişanlarına və piyadaların təhlükəsizliyi ilə bağlı qaydalara riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən istehsalat tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək;
  • Zavod ərazisində əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi normalarına əməl etmək.

Namizədə dair tələblər:

  • Təhsil: Tələb olunmur;
  • İş təcrübəsi: İstehsalat və ya anbar sahəsində müvafiq vəzifə üzrə iş təcrübəsi;
  • Cins və yaş həddi: İşin xüsusiyyətləri nəzərə alınaraq, bəy və xanım namizədlərin müraciətlərinə üstünlük verilir;
  • Avtoyükləyici (avtokar) idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə və ya peşə sertifikatına malik olmaq;
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • İş yeri: Abşeron rayonu, Məmmədli kəndi;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Əmək haqqı və rəsmiləşdirmə:

  • Başlanğıc aylıq əmək haqqı: 700 AZN;
  • AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi ilə işə qəbul.
Reklam