SOCAR

Avtokran sürücü

SOCAR
Ə/h razılaşma ilə
861
Tam iş günü
Bakı, Azərbaycan
18.08.2025 15:20 - 18.09.2025 12:00

İş haqqında məlumat

  • Yükgötürmə qabiliyyəti 15 tondan çox olan bütün növ yük avtomobillərini idarə etmək;
  • Müxtəlif növ yükləri yükləmək, boşaltmaq, yerdəyişmə və nəql etdirilməsi üzrə işləri yerinə yetirmək;
  • Trosların bərkidilməsinin düzgünlüyünü yoxlamaq, tormozları və qoruyucu qurğuları tənzimləmək;
  • Müxtəlif növ işlərin yerinə yetirilməsində müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş avtomobil kranlarını, tırtıllı, pnevmatik təkərli kranları idarə etmək;
  • İş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsi tələb edilməyən nasazlıqları aradan qaldırmaq;
  • Avtomobili (kranın) idarə etmək, yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurmaq;
  • Avtomobilin (kranın) texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan qabaq qəbulu, qaraja qayıtdıqdan sonra avtomobili təhvil vermək və ona ayrılmış yerə qoymaq;
  • Verilən tapşırığı yerinə yetirmək, yol sənədlərini rəsmiləşdirmək;
  • Hərəkətin təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • İş yerini təmiz və saz vəziyyətdə saxlamaq, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin etmək.

İş şərtləri:

  • İş qrafiki: Tam iş vaxtı (həftədə 40 saat);
  • İş yeri: 3 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsi;
  • İş şəraiti: Quruda.

Əmək haqqı:

  • Başlanğıc əmək haqqı 6.02 manat / saat təşkil edir (Faktiki iş günlərinə uyğun 5 azn yemək xərci ödənilir);
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Müraciət üçün:

  • Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Avtokran sürücüsü” qeyd etməklə  LİNKƏ qeydiyyatdan keçib əlavə edib göndərmələri xahiş olunur.
  • DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.

Tələblər

  • Təhsil: Peşə təhsili;
  • İş təcrübəsi: 3 il / Müvafiq sahə üzrə;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi, 6-cı dərəcəli (sertifikatlar 6-cı dərəcədən yuxarı verilmədiyi üçün) kranların idarə edilməsi üzrə sertifikat, eyni zamanda tədris müəsisəsinin imtahan komissiyasının tərkibində FHN müvafiq qurumunun nümayəndəsinin iştirakını təsdiq edən imza və möhürün mövcud olduğu protokolun sürəti və ya uyğun olaraq sertifikat (şəhadətnamə) üzərində həmin möhürün əks olunması tələb olunur.


Oxşar vakansiyalar