Radius MMC

Avtomobil qəbulçusu

Radius MMC
600 - 700 ₼
7796
Tam iş günü
Bakı, Azərbaycan
30/01/2026 - 13/02/2026

İş haqqında məlumat

  • Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol etmək
  • Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil etmək
  • Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından sürmək
  • İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq
  • İşçilərin öhdəliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul etmək
  • İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət edib və onların uçotun aparmaq
  • İş kartlarını doldurmaq
  • Avadanlığın istismar effektinin artırılması, əməyin səmərəliliyini yüksəlməsi üzrə təqdimatların hazırlanmasında, maddi və əmək resusrlarının qənaət rejiminə riayət etmək
  • Iş yerinin iş zamanı səliqəli saxlanılmasını təmin etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının normalarına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə təhlükəsizliyi tələblərinə, həmçinin daxili inzibati qaydalara və kommersiya sirrinin saxlanılması rejiminə riayət etmək

İş şəraiti:

  • İş saatı : 09:00-18:00 və 12:00-21:00 (növbəli)
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İş rejimi: Həftənin 6 günü növbəli; istirahet günü həftə içi
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
  • Sabit əmək haqqı 600 -700 AZN
  • Şirkət: Radius Təkər Mərkəzi

Tələblər

  • Cins: kişi
  • Yaş həddi: 20-35 yaş
  • Orta təhsil
  • Müştəri ilə əlaqəli vəzifələr üzrə 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərini bilənlərə üstünlük veriləcək)
  • BC kateqoriyalı sürücülük vəsiqəsi və min 3 il avtomobil idarə etmə təcrübəsi (mexaniki və avtomat SQ)
  • Yaşayış qeydiyyatı: Bakı şəhəri
  • Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
  • Komandada işləmək bacarığına malik olan

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.