Bakı,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
- Xidmət ustalarının vəzifə borclarını bilib və ustaların gördükləri işin gedişatını və yerinə yetirilmə müddətini kontrol etmək
- Ustaların iş cədvəllərinə riayət edilməsinə nəzarətin təşkil etmək
- Müştərilərə məxsus avtonəqliyyat vasitələrini servis zonasına və servis zonasından sürmək
- İş zamanı meydana çıxan nasazlıqlar barədə satış şöbəsini və müştəriləri məlumatlandırmaq
- İşçilərin öhdəliyinə qoyulan vəzifələrin yerinə yetirilməsi zamanı lazım olan maddi-texniki, məlumat resursları ilə təmin edilməsini yoxlayıb, fasilələrin, qəzaların, işin müvəqqəti durmasının qarşısını almaq üçün tədbirlər qəbul etmək
- İstifadə olunan sərfiyyat materiallarının xərcinə nəzarət edib və onların uçotun aparmaq
- İş kartlarını doldurmaq
- Avadanlığın istismar effektinin artırılması, əməyin səmərəliliyini yüksəlməsi üzrə təqdimatların hazırlanmasında, maddi və əmək resusrlarının qənaət rejiminə riayət etmək
- İş yerinin iş zamanı səliqəli saxlanılmasını təmin etmək
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikasının normalarına, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə təhlükəsizliyi tələblərinə, həmçinin daxili inzibati qaydalara və kommersiya sirrinin saxlanılması rejiminə riayət etmək
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi və 12:00-dan 21:00-kimi (növbəli)
- İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
- Nahar şirkət tərəfindən qarşılanı
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Orta təhsil
- İş təcrübəsi : Müştəri ilə əlaqəli vəzifələr üzrə 3 il iş təcrübəsi
- Yaş həddi: 20-35 yaş
- Cins: Bəy namizdələr
- Dil bilikləri: Azərbaycan dili səlis (İngilis və rus dillərini bilənlərə üstünlük veriləcək)
- BC kateqoriyalı sürücülük vəsiqəsi və min 3 il avtomobil idarə etmə təcrübəsi (mexaniki və avtomat SQ)
- Yaşayış qeydiyyatı: Bakı şəhəri
- Şəxsi keyfiyyətlər: ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
- Komandada işləmək bacarığına malik olan
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.