Efendiler Group

Avtomobil Servis Rəhbəri

Efendiler Group
2500 - 3000 ₼
2190
Tam iş günü
Bakı, Azərbaycan
13.06.2025 17:13 - 13.07.2025 12:00

İş haqqında məlumat

  • Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi;
  • Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması;
  • Avtomobillərə texniki baxış, diaqnostika və təmir işlərinin düzgün icrasına nəzarət;
  • Müştəri razılığını artırmaq üçün xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək;
  • Texniki heyətin iş bölgüsünü müəyyənləşdirmək və nəzarət etmək;
  • İşlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
  • Müştərilərdən daxil olan şikayət və təkliflərin vaxtında cavablandırılmasını təmin etmək;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşlərin uçotu, ehtiyat hissələrinin idarə olunması və servis proqramlarının istifadəsi;
  • Avtomobil istehsalçıları (zavodlar), rəsmi distribyutorlar və təchizatçılarla mütəmadi yazışma və operativ əlaqə qurmaq;
  • Zavodlara zəmanət, texniki dəstək və servis kampaniyaları ilə bağlı müraciətlərin hazırlanması və izlənilməsi;
  • Servis işləri üçün tələb olunan ehtiyat hissələrin vaxtında sifariş edilməsini təmin etmək;
  • Anbarla birgə çalışaraq stokun idarə olunması, kritik ehtiyatların nəzarətdə saxlanılması;
  • Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətlərinə dair danışıqların aparılması;
  • Texniki sənədlərin və normativlərin tələblərinə uyğunluğun təmin olunması;
  • Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək;
  • Həftədə 6 iş günü;
  • İş yeri: Babək pr.35;
  • Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi olan bəylər;
  • Müasir avtomobillərin quruluşu və servis texnologiyalarını bilməli;
  • Diaqnostika avadanlıqları və servis proqramları (1C və s.) ilə işləmə bacarığı;
  • Servis işlərinin planlaşdırılması, ehtiyat hissələrin dövriyyəsi və təchizat zəncirinin təşkili üzrə biliklər;
  • Azərbaycan dili – əla səviyyədə, Rus və İngilis dilləri – yaxşı səviyyədə;
  • MS Office proqramları (Excel, Word, Outlook və s.);
  • Məsuliyyətli, liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti;
  • Müştəriyönümlü yanaşma və peşəkar ünsiyyət bacarığı.