Bakı,
Azərbaycan
17/03/2026
-
31/03/2026
İş haqqında məlumat
- Qabarit uzunluğu 9-11 metr olan avtobusların) texniki təhlükəsizliyə riayət etməklə idarə olunması
- Avtonəqliyyat vasitəsinin təmiri və profilaktik işlərin aparılmasında iştirak edilməsi
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasının, onun ayrı - ayrı hissə və qovşaqlarının baxışının həyata keçirilməsi
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamaların keçirilməsi, aşkar olunmuş nasazlıqların vaxtında bilavasitə aradan qaldırılması və ya aradan qaldırılmasının təmin edilməsi
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsinin təmin edilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət edilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi
- Əsaslı və cari təmirdən / profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak edilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimi və xüsusi iş şərtləri üzrə istismarının həyata keçirilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması, xəttə çıxmazdan əvvəl qəbulu və avtotəsərrüfata qayıtdıqdan sonra avtonəqliyyat vasitəsinin təhvil verilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlərin, təmir işləri ilə əlaqədar texniki sənədlərin və iş haqqında hesabatların tərtib edilməsində iştirak edilməsi
- Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin edilməsinə nail olunması
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların və digər sənədlərin tərtibatında iştirak edilməsi
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrinin, habelə yanacaq alınması üçün YDM-də paylama cədvəlinin imzalanması
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərinin müntəzəm olaraq yoxlanması və qeydlərin aparılması, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq - sürtkü materiallarının sərfinə uyğunluğunun nizamlanması
Tələblər
- Təhsil pilləsi: Natamam orta təhsil
- Müddəti / İş təcrübəsi:3 İl
- Sürücülük vəsiqəsi: "BCD" kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.