Group Motors

Avtomobil üzrə Satış Meneceri

Group Motors
Ə/h razılaşma ilə
255
Tam iş günü
Bakı, Azərbaycan
20.08.2025 03:19 - 20.09.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin satış strategiyasını formalaşdırmaq və rəhbərliklə birlikdə satış planlarını müəyyənləşdirmək;
  • Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, motivasiya etmək və onların peşəkar inkişafını təmin etmək;
  • Aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Müştəri bazasının genişləndirilməsi və əsas müştərilərlə uzunmüddətli münasibətlərin qurulmasını təmin etmək;
  • Satış proseslərinin effektivliyini artırmaq üçün yeni metod və alətlər tətbiq etmək;
  • Avtomobil modellərinin, komplektasiyaların, əlavə xidmətlərin (leasing, kredit, sığorta, servis paketləri) satışına nəzarət etmək;
  • Satış sonrası müştəri məmnuniyyətini izləmək və təkmilləşdirici tədbirlər görmək;
  • Satış hesabatlarını hazırlamaq, təhlillər aparmaq və nəticələri rəhbərliyə təqdim etmək;
  • Rəqib bazarını, qiymət siyasətini və bazar trendlərini izləyərək şirkət üçün yeni imkanlar müəyyənləşdirmək;
  • Marketinq şöbəsi ilə birlikdə kampaniyaların və satış təşviqedici tədbirlərin həyata keçirilməsinə dəstək olmaq;
  • Satış zalının təqdimat standartlarına və brend imicinə nəzarət etmək;
  • Banklar və maliyyə tərəfdaşları ilə əməkdaşlıq edərək müştərilərə optimal maliyyələşdirmə imkanlarını təmin etmək.

İş haqqında:

  • İş yeri: Toyota Abşeron Mərkəzi, Bakı-Sumqayıt şösesi 6 km;
  • İş qrafiki: 09:00-18:00.

Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (biznes, marketinq və ya müvafiq sahə üzrə üstünlükdür);
  • Satış Meneceri kimi minimum 2–3 il iş təcrübəsi (Avtomobil sektorunda olması mütləqdir);
  • Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı (ingilis dili üstünlükdür);
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı;
  • Aktiv, təşəbbüskar, nəticəyönümlü və müştəriyönümlü yanaşma;
  • Komandada işləmə bacarığı və yüksək məsuliyyət hissi;
  • MS Office proqramlarında və CRM sistemlərində sərbəst işləmə bacarığı.


Oxşar vakansiyalar