Az Logistika

Avtonəqliyyatın (minik,yük) təmiri üzrə Çilingər

AZ Logistika
Ə/h razılaşma ilə
2350
Tam iş günü
Bakı, Azərbaycan
23.09.2025 02:32 - 23.10.2025 12:00

İş haqqında məlumat

  • Servisə daxil olan avtomobillərə  tələb olunan  qaydada  texniki baxışı  icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək; 
  • Yük və minik nəqliyyat vasitələrinin haqqında məlumatlı olmaq və detalların iş prinsiplərini bilmək;
  • Nəqliyyat vasitəsində yaranan problemlərin hansı səbəblərdən yaranmasını müəyyən etmək və təkrar olunmamasını təmin etmək məqsədilə tələb olunan diaqnostika prosedurlarını tətbiq etmək;    
  • Aşkarlanan mexaniki nasazlıqları üst rəhbəri ilə təsdiqlədikdən sonra təmirə başlamaq; 
  • Avtomobildəki nasazlıqları texniki təmir tələbinə uyğun aradan qaldırmaq;
  • Avtomobildə profilaktik təmirləri etmək və yoxlanışları həyata keçirmək;
  • Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq;
  • Təhkim olunmuş alət və avadanlıqlara məsul olmaq ;
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına , istehsalat sanitariyası qayda və normalarına riayət etmək;                 
  • Şirkət tərəfindən təşkil olunan ixtisası artırma yönümlü təlimlərində iştirak etmək;
  • Servis rəhbərinin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat vermək.

Şərtlər:

  • 6 günlük iş norması;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə çatdırılma üçün servis mövcuddur;
  • Əmək haqqı: razılaşma əsasında;
  • İş yeri: Qaradağ r-nu, Salyan şossesi  .

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Avtomobil təmiri üzrə (yük və minik) çilingəri kimi ən azı 5 il iş təcrübəsi ;
  • Nəqliyyat vasitələrinin mexaniki təmiri üzrə iş təcrübəsi ;
  • Nizam-intizamlı;
  • Mühərrik işlərində səriştəsi olan ustalara üstünlük veriləcək.