Camal LTD

AVTOYUYUCU

Camal LTD
650 ₼
143
Tam iş günü
Bakı, Azərbaycan
16/10/2026 - 16/11/2026

İş haqqında məlumat

AVTOYUYUCU TƏLƏB OLUNUR 
CAMAL LTD şirkəti avtomobillərin yuyulması və təmizlənməsi işlərinin həyata keçirilməsi üçün Avtoyuyucu vəzifəsinə əməkdaş axtarır. 

Vəzifə öhdəlikləri: 

  • Şirkətə məxsus avtomobillərin daxili və xarici təmizliyini həyata keçirmək; 
  • Avtomobillərin yüksək təzyiqli su, köpük və digər yuyucu vasitələrlə yuyulmasını təmin etmək; 
  • Avtomobillərin salonunun tozsoranla təmizlənməsi, oturacaqların, döşəmələrin və digər səthlərin səliqəyə salınmasını həyata keçirmək; 
  • Şüşə, güzgü, faralar, təkər və disklərin təmizlənməsini təmin etmək; 
  • Avtomobillərin yuyulması zamanı boya və digər səthlərin zədələnməməsinə diqqət yetirmək; 
  • Avtoyuma avadanlıqlarından və iş alətlərindən düzgün və təhlükəsiz istifadə etmək; 
  • İstifadə olunan yuyucu və təmizləyici vasitələrdən müəyyən edilmiş qaydalara uyğun istifadə etmək;
  • İş yerinin, avadanlıqların və alətlərin təmiz və səliqəli saxlanılmasını təmin etmək; 
  • Avtomobillərin təmizlənməsi və yuyulması zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya qaydalarına riayət etmək; 
  • Rəhbərliyin verdiyi vəzifə və tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

  • Orta təhsil; 
  • Avtoyuyucu və ya oxşar sahədə iş təcrübəsi arzuolunandır; 
  • Fiziki cəhətdən sağlam və dözümlü olmaq; 
  • Məsuliyyətli, diqqətli və səliqəli olmaq; 
  • Avtoyuma avadanlıqlarından istifadə bacarığı;

     İş şəraiti: 
  • İş yeri: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 
  • İş qrafiki: Tam iş günü 
  • Əmək haqqı: 650 azn 
  • Nahar: Şirkət tərəfindən təmin edilir  

    Mövzu hissəsində “Avtoyuyucu” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.