Boomerang Agency

B2B Sales Manager

Boomerang Agency
Ə/h razılaşma ilə
8018
Tam iş günü
Bakı, Azərbaycan
08.08.2025 05:42 - 08.09.2025 12:00

İş haqqında məlumat

  • Agentliyin xidmət və məhsulları üzrə yeni B2B müştərilərin cəlb olunması;
  • Mövcud portfelin qurulması, genişləndirilməsi və etibarlı əlaqələrin yaradılması, danışıqların aparılması;
  • Məhsul və xidmətlər haqqında dərin məlumata sahib olmaq, öyrənmək;
  • Müştəri ehtiyaclarının analizi və fərdi həllərin təklif olunması;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
  • Rəqabət mühitinin təhlili və bazar trendlərinin izlənilməsi;
  • Müştəri görüşləri, təkliflərin hazırlanması və danışıqların bağlanması;
  • Aylıq və rüblük satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

  • İş yeri: Boomerang Agency, Bakı;
  • İş rejimi: Tam ştat.

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı + motivasiyaedici bonus sistemi;
  • Dinamik və dəstəkləyici iş mühiti;
  • İşin peşəkarlarından təlimlər və şəxsi inkişaf dəstəkləri;
  • Karyera inkişafı və yüksəliş imkanları;
  • İş yeri Azure Business Center-də yerləşir;
  • Nəqliyyat xərcləri və korporativ nömrə şirkət tərəfindən təmin edilir.

Müraciət qaydası:
Zəhmət olmasa, ŞƏKİLLİ CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu yerində “B2B Sales Manager” qeyd edin.

Tələblər

  • Xanım namizədlərə üstünlük veriləcəkdir;
  • Yaş həddi: 25-35;
  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya oxşar ixtisaslar üstünlükdür);
  • Sahə və ya B2B sahəsindən minimum 2 il iş təcrübəsi;
  • Yüksək ünsiyyət, təqdimetmə və komanda ilə işləmə bacarıqları;
  • Analitik düşünmə və problemləri operativ həll etmə qabiliyyəti;
  • Azərbaycan və rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür);
  • MS Office proqramları ilə sərbəst işləmək bacarığı.