İş haqqında məlumat
Digital Classifieds şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına, dəstəklənməsinə və inkişafına yönəlib. Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az.
Tap.az Azərbaycanda alqı-satqı üçün aparıcı onlayn platformadır və aylıq təxminən 2.0 milyon istifadəçiyə çatır. B2B istiqamətimizi böyütdüyümüz üçün komandamıza nəticəyönümlü B2B Satış Meneceri axtarırıq.
Sizdən nə gözləyirik
- B2B xidmətlərinin satışı: rəqəmsal məhsullar, reklam, analitika;
- SME və SoHo seqmentlərində satış “qıf”ının qurulması və idarə edilməsi;
- Yeni müştərilərin cəlbi və mövcud tərəfdaşlarla satışların artırılması (upsell/cross-sell);
- Orta müqavilə məbləğinin yüksəldilməsi və satış hədəflərinə çatmaq;
- Müştəri rəylərini toplamaq və məhsulun inkişafına töhfə vermək.
Biz nə təklif edirik
- Sabit əmək haqqı: 1,000 AZN net;
- Limitsiz bonus sistemi (nəticəyə görə);
- İş yeri və avadanlıq təminatı;
- Onboarding proqramı və mentor dəstəyi;
- Sınaq müddətindən sonra tibbi sığorta və əməkdaşın effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi;
- Bakı ofisində parkinq yeri.
Tələblər
- Təsdiqlənmiş B2B satış təcrübəsi (rəqəmsal/SaaS/reklam üstünlükdür);
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarıqları;
- CRM və satış “pipeline” idarəetməsi bacarıqları;
- Ali təhsil (bakalavr) — mütləqdir;
- Rus dili — üstünlükdür;
- Digər dillər — üstünlükdür;
- Proaktiv yanaşma və uzunmüddətli müştəri münasibətlərinə fokus.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.