IB Şirkətlər Qrupu

B2B Satış Meneceri (Metal və Sənaye Məhsulları)

IB Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
713
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

Metal və sənaye məhsullarının beynəlxalq təchizatı sahəsində fəaliyyət göstərən IB Group of Companies komandamıza satış sahəsində təcrübəli və nəticəyönümlü B2B Satış Meneceri dəvət edir.

Şirkətimiz relslər, polad borular, metal konstruksiyalar və digər sənaye məhsullarının təchizatı sahəsində müxtəlif ölkələrdə layihələr həyata keçirir. Bu vəzifə sənaye sektorunda satış təcrübəsi olan və müştərilərlə uzunmüddətli biznes əlaqələri qurmağı bacaran namizədlər üçün nəzərdə tutulub.

Əsas vəzifə öhdəlikləri

  • Metal və sənaye məhsullarının (relslər, polad borular, metal konstruksiyalar və digər sənaye materialları) B2B satışının həyata keçirilməsi
  • Yerli və beynəlxalq bazarlarda yeni müştərilərin axtarılması və müştəri portfelinin genişləndirilməsi
  • Müştərilərlə kommersiya danışıqlarının aparılması və müqavilələrin hazırlanması
  • Kommersiya və qiymət təkliflərinin hazırlanması və təqdim edilməsi
  • Tender və satınalma sorğularının izlənməsi və satış prosesində iştirak
  • Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər bütün mərhələlərinin idarə olunması
  • Bazarın araşdırılması və yeni biznes imkanlarının müəyyən edilməsi
  • Müştəri bazasının və satış məlumatlarının CRM və digər proqramlar vasitəsilə idarə olunması

Şirkət tərəfindən təklif olunur

  • Rəqabətədavamlı əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi
  • Beynəlxalq layihələrdə iştirak imkanı
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Dinamik və peşəkar iş mühiti
  • İş qrafiki: tam iş günü
  • İş yeri: Bakı şəhəri

Tələblər

  • B2B satış sahəsində minimum 2–3 il iş təcrübəsi
  • Metal, tikinti materialları, sənaye və ya texniki məhsulların satışı sahəsində təcrübə üstünlük hesab olunur
  • Rus və İngilis dillərini işgüzar səviyyədə bilmək
  • Microsoft Office proqramları, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək
  • Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Analitik düşünmə və bazarı analiz etmə bacarığı
  • Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq

Üstünlük veriləcək namizədlər

  • Metal və sənaye məhsullarının satışı üzrə təcrübəsi olanlar
  • Tender və satınalma prosedurları ilə işləmək təcrübəsi olanlar
  • Logistika və ixrac prosesləri haqqında anlayışı olanlar
  • Beynəlxalq müştərilərlə işləmək təcrübəsi olanlar

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.